Kafedra müdirliyini “zəbt etmiş” vəzifəlilər: “Özlərinin vicdanı olmalıdır ki...”




Son günlərdə bir nəfərin eyni vaxtda bir neçə vəzifə tutması ilə bağlı müzakirələr yenidən qızışıb.
Sirr deyil ki, bəzi məmurlar və hətta deputatlar elm və təhsil mərkəzlərində bir neçə vəzifə tuturlar. Qanunla deputatların və ya digər rəsmilərin pedaqoji fəaliyyətinə icazə verilsə də bütün hallarda görülən işlərin səmərililiyi əsas götülüməlidir. Lakin vəzifə, pul xatirinə bir neçə dövlət qurumunda təmsil olunub, o qurumun işini tormozlayanlar da var. Digər tərəfdən müxtəlif qurumun rəhbər vəzifələrində təmsil olunan həmin şəxsləri iş yerlərində tapmaq da olmur. Yəni qurumun işçiləri işlə bağlı cavabdeh şəxsi axtararkən tapa bilmir. Bu da işlərin axsamasına və nəticədə keyfiyyətin itməsinə səbəb olur. Nədənsə eyni vaxtda 3 və ya 4 vəzifə tutan bu məmurlar, təmsil olunduqları vəzifəyə məsuliyyət kimi deyil, yalnız gəlir yeri olaraq baxırlar.

Məsələyə münasibət bildirən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov deyib ki, bir neçə vəzifəni əlində cəmləyənlərin iş fəaliyyəti səmərəli olmur: “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dövlət qulluqçularının pedaqoji fəaliyyətinə icazə var. Əvvəl Əmək Məcəlləsinə görə, həmin insanların yarım ştat pedaqoji fəaliyyətinə icazə verilirdi. Amma indi bizdə vəziyyət bir az fərqlidir. Dövlət qulluqçusu, deputat, rektor, hətta institut direktorları var ki, onlar iki deyil, 3 yerdə vəzifə tuturlar. İşçinin iş günü 8 saat hesablanır. Ola bilər ki, bir mühasib bu saat ərzində 2 yerdə işləyə bilər. Amma bir universtet rektorunun 3 yerdə vəzifə tutması ilə gördüyü iş nə dərəcədə effektli ola bilər. Üstəlik həmin iş yerləri coğrafi cəfətdən də çox uzaqdır. Tutaq ki, iş yerinin biri Bakıdadırsa, digəri Gəncədədir. Həmin şəxs bu işi necə səmərəli qura bilər? Bu absurddur. Hətta təkcə Bakı şəhərində də bir neçə vəzifədə çalışan şəxsin gördüyü iş səmərəli ola bilməz. Son hadisələrdə də bunun şahidi olduq.
Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri olan şəxslərin heç 20 il müddətində ora bircə dəfə gəlmədiyi məlum oldu. Yəni belə çıxır ki, başqa vəzifədə təmsil olunaraq, kafedra müdiri vəzifəsini də tutanlar onu səmərəli yerinə yetirə bilmir. Yəni məsələ vəzifə tutmaq yox, işin məhsuldarlığıdır. Faktiki olaraq sadaladığımız şəxslər işini məhsuldar şəkildə yerinə yetirə bilmirlər. Belə çıxır ki, o vəzifələr bir şəxsin əlində cəmlənir. Bu eyni zamanda cəmiyyətdə- iqtisadi sosial problemləri də artırır. Bir nəfərin bir neçə vəzifəni tutması həm də işsizlər ordusunun yaranmasına səbəb olur. Xüsusən də gənc kadrlar işsiz qalır. Amma bir adam vəzifəsindən və ya şəxsi tanışlığından istifadə edərək, 3-4 vəzifəni tutur. Eyni zamanda həmin şəxs nə özü işləyir, nə də başqalarına imkan verir. Bu çox zərərli tendensiyadır. Bu şəxslərin ilk növbədə özlərinin vicdanı olmalıdır ki, imtina etsinlər və gənc kadrlara yol açsınlar. Bacarıqlı gənc kadrlar çoxdur. Onlara çox böyük maneələr yaradıblar. Vəzifə bir qrup akademikin, rektorun, prorektorun əlində cəmləşib. Belə olmamalıdır”.
Əli Bədir

Cebhe.info
Tarix: 19-09-2020, 21:32
Xəbəri paylaş



Xəbər lenti