Dövlətə 5 milyon manat vergi borcu olan, ölümcül xəstələrdən pul qazanmaq “şansı”lı ƏRKÖYÜN DEPUTAT




Milli Onkologiya Mərkəzinin (MOM) direktor müavini, deputat Kəmaləddin Qafarov mediamızın gündəmindən düşməyən isimlərdəndir. Ötən saylarımızda araşdırmaçı jurnalist Cavanşir Həsənlinin
“Səhiyyəmizdən "yağmalanan" milyonlar - Kəmaləddin Qafarovun xaricə daşınmış sərvəti...ARAŞDIRMA” məqaləsin də onun son dönəm korrupsiya, çirkli pul və qara biznesi ilə bağlı yazımız getmişdi. İndidə media üzərindən axtarış verərək, qarşımıza çıxan materiallar əsasında
Kəmaləddin Qafarov yaxından tanımayanlara kiçik bir dosye təqdim edib yenidən söhbətimizə dönək:
Mövzumuzun qəhrəmanı 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan oub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirb. Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavinidir. Rus və türk dillərini bilir.
2015-ci ildə 9 saylı Binəqədi ikinci seçki dairə komissiyasından V çağırış Azərbaycan Respublikası Milli Məclisinə üzv seçiib. Milli Məclisin Səhiyyə Komitəsinin üzvüdür. Ailəlidir, dörd övladı var.
Deputatlığa namizədin sərvət siyahısı
Maraqlıdır ki, K. Qafarov haqqında şikayət dolu, eyni zamanda korrupsiya əməlləri ilə zəngin olan məqalələr hələ sonuncu Milli Məclis seçkilərindən xeyli əvvəl yayılsa da, bütün bu fakt və sübutlar görməməzlikdən gəlindi və o deputat seçildi. Baxmayaraq ki, jurnalist Həbib Müntəzir onun sahibi olduğu şirkətlərin siyahısını hələ bu ilin yanvar ayında paylaşmış və bunu yazmışdı:
"Tanış olun, 9-cu Binəqədi ikinci seçki dairəsindən yenidən YAP namizədi olan, Milli Onkologiya Mərkəzinin (MOM) direktor müavini, deputat Kəmaləddin Qafarovun biznes şəbəkəsidir. Hər il aşağıdakı şirkətləri sayəsində on milyonlarla dəyəri olan tender və ya birbaşa müqavilələrin "qalibi” olur:
"AzəriMed” MMC, - "AzəriMed MNK” MMC
- "Kanon” MMC, - "Mega Pharmacy” MMC,
- "Azeri Med MNK” MMC, - "Versal” MMC,
- "Versal Palace” MMC - "Naturalist” firması,
- "AvestaFarm” MMC, - "Cardinal Health” şirkəti
- "Ruslan AZ” MMC - "Zəfəran Hospital”
- "Zəfəran Apteklər şəbəkəsi” - "Siyəzən Broyler”
Onuda qeyd edək ki, hörmətli namizədin sərvət siyahısın uzatmaq olar. Bu siyahıya, villalar, malikanələr, yüzlərlə obyektlər də daxildir”. deyə bildirmişdi.

“Dərman” və "yumurta” mafiyaları...

Həmin ərəfədə tanınmış hüquqşünas Aslan ismayılov feysbuk səhifəsində izləyicilərin diqqətini bir nüansa yönəldə bilmişdi:” "Yadınızdadırsa, bir vaxtlar tez-tez "dərman”, "yumurta” mafiyaları haqqında yazırdım. Bu mafiyaların insanların sağlamlığını (saxta dərman satışı, Milli Onkologiya Mərkəzində baş verən faciələr, qida məhsullarının keyfiyyətsizliyi və s.), ölkə iqtisadiyyatını məhv edən konkret əməllərini paylaşırdım. Bu mafiyaların çox güclü, dövlət içində dövlət olduğunu yazanda bəziləri buna inanmırdı, mənim kimlərləsə şəxsi haqq-hesab çəkdiyimi düşünürdülər. Məhz bu mafiya məni susdurmaq üçün 3 dəfə məhkum etdirdi, 1995-ci ildən fəaliyyət göstərən VİZA Hüquq Firmasını bağlatdırdı, məni işsiz qoydu. Çünki Azərbaycanın hüquq-mühafizə və məhkəmə orqanları da bu mafiyaya qulluq edir. Bu mafiyanın məni ölümlə təhdid etməsi barədə konkret sübutlarla DTX, DİN, Baş Prokurorluğa dəfələrlə müraciət etsəm də, bu günə qədər heç birindən cavab belə almamışam".
Aslan İsmayılov bildirib ki, indiyə qədər MSK və hüquq-mühafizə orqanları Kəmaləddin Qafarovun sərvətini araşdırmayıb: "Millət vəkili olan K.Qafarovun milyonlarla sərvətləri barədə onlarla material paylaşılsa da bu günə qədər nə hüquq-mühafizə orqanları, nə də MSK buna münasibət bildirməyib. Əgər belələri bir daha Parlamentə keçərsə, onda mafiya ilə hakimiyyətin birləşməsi və ölkənin uçuruma getməsi tezləşəcək. Ona görə də ancaq belələrini ifşa etməklə biz ölkəmizin dəyişməsinə nail ola bilərik.
Ölümcül xəstədən pul qazanmaq “şansı”
Xərçəng xəstələrinin canı bahasına milyonlarla sərvət toplamış millət vəkili, Milli Onkologiya Mərkəzinin (MOM) direktor müavini Kəmaləddin Qafarova məxsus mətbuatda dərc edilən (tam yaxud hissə olaraq) şirkətlərin siyahısı. Əminəm ki, bu, (yuxarıdakı siyahı nəzərdə tutulur- Red Teref.az ) tam siyahı deyil.
“AzəriMed” şirkətinin sahibi Kəmaləddin Qafarov deputatlığa namizədliyini irəli sürərkən və qeydiyyata alınarkən haqqında mediada gedən yazıları, onlardakı dəqiq fakt və materiallara, məhkəmə predmeti olacaq həmin ittihamlara heç bir açıqlama vermədi:
1.İnsanlar onkoloji xəstəlik şübhəsi yarananda, ilk müraciət etdikləri zaman müayinə üçün cürbəcür adlarla 500 manata yaxın pul verməli olurlar.
2. Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır. Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir. Kimyaterapiya 300 manatdır.
3. Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir. Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutlumuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər.
4. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır.
Soyğunçuluğun sonuncu həddi
Bundan başqa:xəstənin qeydiyyata alınmasına görə pul tələb edilir;
bütün tibbi xidmətlər (müayinə, müalicə, əməliyyat) ödənişli əsaslarla həyata keçirilir;
zərurət olmadığı halda əlavə analizlər, biopsiyalar və sair prosedurlar edilir;
zərurət olmadığı halda əməliyyat təyin olunur, külli miqdarda pul tələb olunur;
kritik mərhələdə (ölüm ayağında) olan xəstədən müalicə adı ilə pul alınır;pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat pul alınır və s. şərhlərdə təsvir olunan qanunsuzluqlar...
Daha sonra media yazır: Respublikamızı cənginə alan onkoloji xəstəliklərdən əziyyət çəkən xəstələrin başlarına yuxarıda göstərilən formada oyun açılması hansı məntiqə, qanuna və əxlaqa sığır? Orada baş verənlərdən K.Qafarovun xəbəri yoxdurmu? Ölüm ayağında olan insanların yaxınlarını müxtəlif vasitələrlə son qəpiyinə qədər soyan müəssisənin rəhbər postunda çalışan birisi öz seçicilərinin qarşısına hansı üzlə çıxmaq niyyətindədir?

Oliqarx Kəmaləddin Qafarov...

Yuxarıda qeyd etmişik ki, K.Qafarov “AzəriMed” şirkətinin rəhbəridir. Milli Onkologiya Mərkəzi (MOM) qanunla müəyyən olunmuş qaydalarını aşkarcasına pozaraq, “AzəriMed” şirkəti ilə heç bir tender olmadan 43 milyon manatlıq alqı-satqı aparıb. Təsəvvür edin, K.Qafarov həm dövlətin 43 milyon vəsaitini verib-alandır, həm də öz şirkətinin 43 milyon manatlıq malını satan.
Qeyd edək ki, Milli Onkologiya Mərkəzi (MOM) “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair 10 mln. 120 min manatlıq ($5 mln. 952 min) müqavilə imzalayıb.
Bu, tərəflər arasında bu məqsədlə imzalanmış sayca beşinci oxşar müqavilədir, baxmayaraq ki, müalicə müəssisəsi cəmi bir alqı-satqı müsabiqəsi keçirib.
2018-ci ilin yanvarından MOM “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair ümumi dəyəri 29 mln. 617,6 min manat ($17,4 mln.) olan müqavilələr imzalayıb.
Müstəqil jurnalist araşdırmaları nəticəsində müəyyən edilib ki, MOM-da müayinə və müalicə pulsuz deyil və xərçəng xəstələri hər müalicə kursuna görə bir neçə min manat pul xərcləyir.
Qanunvericiliyə uyğun olaraq, müqavilə predmetinin müxtəlif yerlərə bölünməsi cinayət əməlidir və cəza tədbirlərindən biri iki ilə qədər həbsdir, əgər dövlətə ziyan xüsusilə iri məbləğdədirsə, bu müddət iki dəfə artırılır.
2018-ci ildə MOM və “Azeri Med” MMC arasında ümumilikdə 43 mln. 170 min manatlıq ($25,4 mln.) 11 alqı-satqı müqaviləsi imzalanıb. Xatırladırıq ki bu məqalələlər seçki kampaniyası ərəfəsində yazılmışdı.
Nəhayət 9 Fevral 2020-ci il Milli Məclisə keçirilən seçkilərdə 9 saylı Binəqədi 2-ci seçki dairəsindən Kamaləddin Qafarov deputat elan edildi.

K.Qafarovun millət vəkili olduğu əvvəlki dövrdə milyonlarla sərvətlər qazanması barədə sosial şəbəkədə və internet mediada onlarla material paylaşılsa da bu günə qədər nə hüquq-mühafizə orqanları, nə də MSK buna münasibət bildirməyib.
Xatırladaq ki, K.Qafarov parlamentin buraxılmasına səs vermiş deputatlardan biridir və onun yenidən deputat olmağa mənəvi haqqı yoxdur.

Bəs necə olur ki, bu qədər əhali tərəfindən istənməyən, qəbul edilməyən bir şəxs deputat "secilir”?

“Şanlı” əmi

Sadə vətəndaşlar baş verən hadisələrə münasibətlərini, açıq-aşkar narazılıqlarını müəyyən informasiya vasitələri ilə ifadə etsələr də nəticə ürəkacan olmadı. Əldə edilən bəzi materiallar, şəkillər, videolar göstərir ki, ortaya çıxan nəticələrdən heç də hər kəs məmnun deyil. Biz bunu aşağıdakı – Kamalədin Qafarovun qardaşı qızı Cəmilə Qafarova tərəfindən paylaşılan şəkilə olan reaksiyada açıq-aydın şəkildə görə bilərik. Mesajda Kamallədin Qafarovun müəllimlərə, məktəb direktorlara məntəqələrdə saxta seçki kampaniyası aparması üçün 50-100 manat arası rüşvət verdiyi deyilir. Bundan əlavə vəzifəyə gəlmək üçün saxtakarlığın ən iyrənc formalarından istifadə edildiyi, eləcə də həmin müəllimlərin, direktorların səsləri artırmaq üçün müəyyən yerlərindən bülleten çıxardığı qeyd edilir. Mesajlardan belə aydın olur ki, Cəmilə Qafarova Tibb Universitenin tələbəsidir və təhsilini Almaniyada davam etdirməyə hazırlaşır. Hər gün üz-üzə gəldiyi adamlar belə ona əmisi və onun kimilərinin ölkənin səhiyyəsini bərbag duruma qoyması ilə bağlı narazılığını bidirir. Bu yarıtmaz səhiyyə “kamaləddinqafarovların” milyonlar qazandığı "layihəsidir”. Bu gün qardaşınız balasına yönələn qınaqlar sabah özünüzə və övladlarınıza ciddi ittihamlara çevriləcək.

Deputat Kəmaləddin Qafarov...

Milli Onkologiya Mərkəzinin Baş Direktorunun (Cəmil Əliyev) müavini Kamaləddin Qafarovun tender oyunları haqqında demək olar ki, artıq hər kəs məlumatlıdır.
Milli Onkologiya Mərkəzi ilə baş tutan tender oyunlarında Kamaləddin Qafarovun ailə biznesinə daxil olan "AZƏRİ MED MMC"(VÖEN:1500072561) şirkəti ildən-ilə "Dərman və sarğı ləvazimatlarının satınalınması" xidmətləri üzrə MOM-un təşkil etdiyi tender müsabiqələrinin qalibi olur.

Amma nəzərinizə çatdırım ki, bu şirkətin kimə məxsus olmasından aslı olmayaraq onun dövlət qurumlarının təşkil etdiyi tender müsabiqələrində iştirak etməsi mümkünsüzdür. Belə ki, "AZƏRİ MED" MMC-in dövlətə 5 milyon 799 min 204 manat 30 qəpik vergi borcu var. Vergi borcu olan şirkətlərin isə tender müsabiqələrində iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci tələbinə əsasən qanunla qadağandır.
Maraqlı sual meydana çıxır: Kəmaləddin Qafarovun əməlləri niyə cavabsız qalır?, Niyə ona cəza tətbiq edilmir. Əziz oxucular bu suallara da cavab tapsaq yenidən sizinlə fikirlərimizi paylaşacağıq.
Teref.az olaraq qeyd etmək istəyirik ki, yuxarıda sadalanan faktların hamısı mətbuatda dərc edilib və təkzib edilməyib.
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işııqlandırmağa hazırıq!
Teref.az
Mənbələr:Arqument.az, Media atv.az, Teref.info,Yenilik.az, adekvat.az.
Tarix: 7-09-2020, 08:07
Xəbəri paylaş



Xəbər lenti