Hərbi xidmətə aparılan siyasətçinin səhhəti pisləşib - "Yanına heç kim buraxmırlar..."



Hərbi xidmətdə olan gənc fəal, D18 Hərəkatının sədri Ruslan İzzətlinin səhhətində ciddi problem yarandığından iki gün öncə, sentyabrın 2-də Bakıda hospitala yerləşdirildiyi bildirilir.
"AzPolitika.info" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Hərəkatın üzvləri məlumat paylaşıb.
Məlumata görə, cəbhə bölgəsində hərbi xidmətdə olan R.İzzətli təcili olaraq müalicə üçün Bakıya gətirilib: "Ruslan İzzətlinin yanına heç kəsi buraxmırlar. Səbəb kimi karantin rejimini göstərirlər"
Hərəkatdan həmçinin bildirilib ki, R.İzzətli bu ilin may ayında əsgərliyə aparılarkən ona özəl xəstəxanaların birində belində yırtıq və böyrəyində daş diaqnozu qoşulmuşdu.
Bu açıqlamaya, hələlik, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Müdafiə Nazirliyi və başqa uyğun qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
Tarix: 4-09-2020, 15:47
Xəbəri paylaş



Xəbər lenti