Şahin Mustafayevə erməni ittihamı: “bu millətin düşmənidir!” – VİDEOLAR
Zaman-zaman əhali arasında hakimiyyətdə ələn erməni və ya həyat yoldaşları erməni olan məmurlar barəsində müxtəlif səpkidə məlumatlar dolaşıb. Əlbəttə ki, bunların bir çoxunda şayiə motivləri rol oynayıb amma indi cumhiriyyet.az olaraq üzərində dayandığımız məqam kifayət qədər ciddi iittihamlar üzərində yer alıb və ordada adlı isimlər var. Söhbər Azərbaycanda baş nazirin müavini postunu tutan Şahin Mustafayevdən gedir. Araşdırmamıza keçməzdən öncə partiya sədri Əku Əliyevin Ş.Mustafayevə “bu millətin düşmənidir!” ittihamını diqqətinizə çatdırırıq:
Təxminən bir il öncə, ötən ilin oktyabr ayının 22-də Azərbaycanın Baş nazirinin müavini təyin olunan Şahin Mustafayevlə bağlı ilginc iddialar ortaya atıb. Bununla bağlı cumhuriyyet.az xəbər verir ki, Sahin Mustafayevin vaxtilə tələbə yoldaşı olan Sergey Yeganyan adlı şəxs ermenihaberi.am saytına çox da inandırıcı olmayan xatirələrini danışıb. Onun sözlərinə görə, Şahen (Ermənistanda Şahin Mustafayevi o cür çağırırmışlar) 2 il İrəvan İqtisad İnstitutunda təhsil alıb. Guya, tələbəlik illərində ermənilərin Azərbaycana qarşı keçirdiyi aksiyalara qatılan Şahin Mustafayev hətta mitinqlərin birində çıxış da edib. “Şahin Mustafayev 20 fevral 1988-ci il 22.00-da İrəvandakı Azadlıq Meydanında çıxış edəndə mən orada idim. Mustafayev çıxışında Nəriman Nərimanovun 2 dekabr 1920-ci ildə erməni xalqına verdiyi sözləri təkrarladı: “Naxçıvan, Zəngəzur və Qarabağ Ermənistan ərazisidir. Artıq aramızda mübahisəli torpaq yoxdur”. Nərimanovun eyni zamanda, Qarabağın bir erməni diyarı və Qarabağ xalqının mübarizəsinin doğru olduğunu vurğuladığını bildirdi”, – Sergey Yeganyan belə deyib. Qeyd edək ki, Şahin Mustafayevin keçmişini qaralamağa yönəldiyi güman olunan iddiaların yer aldığı məqalə “Azərbaycanın yeni Baş nazir müavini 31 il əvvəl Qarabağın ermənilərə məxsus olduğunu etiraf edib” sərlövhəsilə dərc olunub. Məqalənin əsli ilə bu linkdə tanış ola bilərsiniz: https://www.ermenihaber.am/tr/news/2019/10/28/Azerbaycan-Mustafayev-Karabağ-Ermenistan/167943 Məsələ bununla bitmir. Erməni telejurnalistləri Azərbaycanın baş nazirinin müaviniŞahin Mustafayevin həyatı barədə qısametrajlı film çəkiblər. Cumhuriyyet.az saytı ermənilərin civilnet.am portalına istinadən xəbər verir ki, filmin müəllifləri nazir Şahin Mustafayevin doğulduğu və yeniyetməlik illərini keçirdiyi erməni kəndində, nazirin ata yurdunda olublar. Qeyd edək ki, Ş.Mustafayev Ermənistanda doğulub. Həmin qısametrajlı filmdə Ş.Mustafayevin məktəb yoldaşları, Ermənistandan olan uşaqlıq dostları da azərbaycanlı nazirin uşaqlığı, məktəb illəri və ailəsi haqda xatirələrini bölüşüblər.