Qoçuluq və reketçiliklə dövlətə meydan oxuyan deputat oğlu kimdir? – ŞOK ADLAR



Prezident İlham Əliyevin məmur özbaşınalığı, xüsusilə yüksək vəzifəli şəxslərin övladlarının, yaxınlarının qudurğanlıqları barədə dəfələrlə cəmiyyətə verdiyi sərt, qətiyyətli ismarıcları əlbəttə ki, bu gün də qüvvəsindədir. Belə ki, ölkəmizdə aparılan uğurlu və davamlı siyasi, iqtisadi və kadr islahatları nəticəsində bir çox “mənəm-mənəm” deyən, özlərini dövlət başçısının təbirincə desək, “xan” kimi aparan, ali qanunvericiliyə etina göstərməyən, qanunları kobudcasına pozan, hətta bir az da irəliyə gedərək, dövlət qanunlarına açıq-aşkar meydan oxuyan fərdlər ədalətli cəzalarını alıblar, bu gün də almaqda davam edirlər.
Söz yox ki, yüksək vəzifə sahiblərinin övladları və yaxınları qanunları pozarkən, yalnız cinayət əməli törətdiklərinin deyil, həm də daha ağır cinayətə rəvac verdiklərinin fərqinə ya varmırlar, ya da varmaq istəmirlər – bunun isə adı xalqı dövlətdən narazı salmaqdır. Daha dəqiq desək, xalqı dövlətdən, cənab Prezidentdən narazı salan, qudurğanlıqlarının əbədi olacaqlarını sanan ünsürlər məhz dövlət baba qarşısında nə qədər xəyanət etdiklərini unudurlar. Lakin ayılanda çox gec olur və atalar demişkən, sonrakı peşmançılıqlar fayda vermir…
Milli Məclisin deputatı, Azərbaycan Tibb Universitetinin sabiq rektoru, akademik Əhliman Əmiraslanovun köməkçisi və doğma oğlu Əmiraslanov Azər Əhliman oğlunun əməlləri dəhşət doğurur!

Barəsində söhbət açacağımız daha bir olay Milli Məclisin deputatı, Azərbaycan Tibb Universitetinin sabiq rektoru, akademik Əhliman Əmiraslanovun köməkçisi və doğma oğlu Əmiraslanov Azər Əhliman oğlu barəsindədir. Məsələnin tam məğzinə keçənə qədər isə xatırladaq ki, internet-axtarış şəbəkəsində Əmiraslanovlar barəsində bəhs edən özbaşınalıqlar barədə məlumatlar kifayət qədər ortaya çıxır. Misal üçün, deputatın qardaşı oğlu Emil Əmiraslanovun da dələduzluq və s. kirli əməlləri üzə çıxır. Bu gün deputatın övladlarının Rusiya və Türkiyədəki əmlaklarının sayı onlarladır və həmin əmlakların qanuni yollarla, doğru-dürüslüklə fəaliyyəti əlbəttə ki, insanlarda böyük, hətta çox böyük şübhələr yaradır. Analoq.az saytı xəbər verir ki, bu barədə azsiam.info saytında bütün təfsilatlar yer alıb. Həmin məlumatlara isə bu linkdən daxil ola bilərsiniz:
http://azsiam.info/cemiyyet/58850-hliman-miraslanovun-ovladlarnn-xaricd-topdatmaz-irktlri-akara-cxd-snd-foto.html#
Mirkazım Kazımovun qardaşı oğlu, tanıdıqları arasında “Seyid” adlandırılan Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Cəlilabad şəhəri üzrə nümayəndəsi Kazımov Mirməhəmməd Mirhüseyn oğlu da cinayətkar qrupda yer alıb!

İndi isə keçək yuxarıda qeyd olunan mövzunun bəhsinə. Saytımıza daxil olan məlumata görə, deputatın oğluna məxsus, Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsində yerləşən “A KLUB”da A.Əmiraslanov digər deputat – Mirkazım Kazımovun qardaşı oğlu, tanıdıqları arasında “Seyid” adlandırılan Cəlilabad rayon İcra Haimiyyəti başçısının Cəlilabad şəhəri üzrə nümayəndəsi Kazımov Mirməhəmməd Mirhüseyn oğlu, əslən Cəlilabad rayonundan olan da karxanasının sahibi, Bakı şəhər sakini Məmmədov Ramiz Şirxan oğlu, Masallı rayon Musaküçə kən sakini bıyev Layiq Kərim oğlu, Bakı şəhər sakini, Azər Əmirsalanovun “sağ əli” hesab edilən Cavadov Vüqar İmaməddin oğlu, əslən Gürcüstan Respublikasından olan Mustafayev Əbülfət Mustafa oğlu, əlavə 20-25 nəfərdən ibarət dəstə üzvləri ilə birgə AR CM-nin 182.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törədiblər.
TƏFƏRRÜAT: Sözügedən qoçu və reket dəstəsi ilə 1 gün ərzində Abıyev İslam Babaşxan oğlunun azadlığını zor tətbiq edərək əlindən almış, onu qeyi-qanuni şəkildə girov saxlamış, eləcə də ailə üzvlərini də oğurlayaraq, qətl edəcəklərini bildirmiş, özünü isə saxlanıldığı zirzəmidə çürüdəcklərini hədə-qorxu yolu ilə bildirmişlər. Deputatlara yaxınlığı ilə seçilən qoçu və reket dəstəsi Nəticədə Abıyev İslamdan 120000 (yüz iyirmi min) ABŞ dolları nəğd pul, 90 min (doxsan min) ABŞ dolları dəyərində müxtəlif mal-material alıb, ona hədə-qorxu gəliblər və bildirblər ki, əgər bu məsələni ictimailəşdirərsə, onun öz həyatı ilə yanaşı, ailə üzvlərinin də həyatını məhv edəcəklər.
Lakin bu xüsusda daha bir faktı da xatırlatmaq yerinə düşərdi ki…

Hətta Azər Əmirsalanov bildirib ki, dünyanın bir çox ölkələrində razborkaları o həll edir, neçə-neçə ölkələrdə onun biznesi var, ona görə də nə polis, nə məhkəmə, nə prokurorluq orqanları, nə də heç bir dövlət strukturu onlara bata bilməz. Bu vasitə ilə nəinki Abıyev İslama, hətta dövlətə, dövlətin apardığı siyasətə açıq-aşkar meydan oxuyan qudurğan reketbaşı çox yəqin ki, atasının vəzifəsinə, deputatlıq kreslosuna güvəndiyini nümayiş etdirib. Eləcə də onun cinayətkar əməllərinə xüsusi dəstək göstərən digər deputatın – Mirkazım Kazımovun qardaşı oğlu, Cəlilabad rayon İcra Haimiyyəti başçısının Cəlilabad şəhəri üzrə nümayəndəsi Kazımov Mirməhəmməd Mirhüseyn oğlu da çox yəqin ki, vəzifələrinin ömürlük olacağını düşünür, deputatların onlara “arxa-dayaq” olmaları ilə növbəti istədikləri cinayət əməllərini törədəcəklərini xəyal edirlər.
Lakin bu xüsusda daha bir faktı da xatırlatmaq yerinə düşərdi ki, son vaxtlar İcra Hakimiyyətlərində aparılan təmizlik işləri nəticəsində üzə çıxan tükürpədici faktlar bir gün, hətta yaxın zamanlarda onların özlərinə də sirayət olunacaq. Bax onda nə Əmirsalanov, nə də Kazıımov adlı deputatlar onlara heç bir yardım edə bilməyəcəklər. Çünki onların özlərinin də qaranlıq əməlləri ictimailəşdiriləcək. Millət vəkilliyi adı altında banda, qoçu dəstələri, reket briqdaları saxlayan bu adamlar çox yəqin ki, övladlarının, qardaşları oğlullarının həmin əməllərindən xəbərdardırlar. Amma bunu nə qədər inkar etsələr belə, ataların “haqq nazilər üzülməz məsəli” öz yerini tutacaq.
Biz söz yox ki, qarşı tərəfin də fikirlərini yazmağa hazırıq. Sadəcə, mövcud yazını şikayət əsasında işıqlandıraraq müvafiq dövlət strukturlarının və güc strukturlarının diqqətini bu isatiqamətə doğru yölətməyə çalışırıq. İnanırıq ki, qanunun aliliyi bir daha özünü sübuta yetirəcək və Prezident İlham Əliyev cənablarının “Qanun şahdır, şah qanun deyil” prinsipi öndə tutulacaq, günahkarlar öz layiqli cəzalarına çatdırılacaqlar.
P.S. Ümidvarıq ki, dövlətimizin məmur özbaşınalıqlarına, onların övladlarının, yaxın qohumlarının qudurğanlıqlarına qarşı başlaılan amansız mübarizə daha ardıcıl xarakter alacaq və xalqı dövlətdən narazı salmağa hesablanmış xəyanətkarlar qanun qarşısında dayanmaqla yanaşı, sadə xalqdan, iş adamlarından qopardıqları vəsaitləri geri qaytaracaqlar.
Hokm.az
https://hokm.az/qoculuq-ve-reketcilikle-dovlete-meydan-oxuyan-deputat-oglu-kimdir-sok-adlar/
Tarix: 3-09-2020, 20:02
Xəbəri paylaş



Xəbər lenti