İş adamı Mətanət Süleymanzadə təltif edildi - FOTO


“Mak Marine LTD” şirkətinin rəhbəri, iş adamı Mətanət Süleymanzadə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə,  xeyriyyəçi iş adamı adına layiq görülüb.
“Yeni Gündəm”in məlumatına görə, “Azteletv.az” internet televiziyasının keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, Respublikamızda hüquqi dövlət quruculuğu prossesinin həyata keçirilməsində, vətəndaş cəmiyyətinin formalaşmasında, uzaqgörən və istedadlı idarəçiliyi, Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərə, yürüdülən daxili və xarici siyasətin dəstəklənməsində, karyerasında nüfuzlu gündən-günə artmasını,  ən asası xeyriyyəçi iş adamı olaraq daşıdığı vəzifəsində ədalət prinsipinin qorunmasında, həmçinin KİV nümayəndələri ilə saxladığı səmimi, dost münasibətini nəzərə alaraq xeyriyyəçi iş adamı adına layiq görülmüşdür.
Qeyd edək ki, iş adamı Mətanət Süleymanzadə “Mak Marine LTD” şirkətinin rəhbəri olaraq bir çox lahiyələrdə iştirak edərək mükafatlara layiq görülmüşdür.
Bu münasibətlə Mətanət xanımı bütün kollektivi təbrik edir və bundan da yüksək adlara layiq görülməsini arzulayır.
“Gündəm Media Group”un rəhbəri Təbriz Məhərrəmoğluda Mətanət xanımı bu münasibətilə təbrik edir, ona uzun və sağlam ömür, fəaliyyətində uğurlar arzulayır!




Tarix: 3-09-2020, 15:45
Xəbəri paylaş



Xəbər lenti