Uzaq ölkələrdən Azərbaycana qonaq gətirən təyyarələrin yolunu işıqlandıran projektorlardan tutmuş Bakı sakinlərinin evində közərən lampalara qədər, ölkə paytaxtında yandırılan elektrik enerjisinin hər kilovatından qazanan bir ailə var. Dövlətin rəsmi sənədlərini saf-çürük edəndən sonra bu qənaətə gəlmək olur… Bu ailənin üzvlərinə Azərbaycanda elektrik məhsullarının satışından tutmuş, elektrik təchizatı ilə bağlı dövlət sifarişlərinin icrasına qədər ciddi işlərlə məşğul olan bir neçə şirkətin təsis sənədlərində rast gəlirik. Bakıda Böyük Şor şosesində işıqlı, çilçıraqlı binası ilə göz oxşayan Santral Elektrik LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə 70 faizi Baba Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur .Yeri gəlmişkən, Balababa Rzayev yerli mətbuata verdiyi müsahibələrində özünü Baba Rzayev kimi tanıdır deyə, biz də mətndə Baba Rzayev kimi qeyd edirik . Santral Elektrik LTD Ədliyyə Nazirliyində 2003-cü ildə qeydiyyata alınıb. O vaxt şirkətə Emin Rzayev – Baba Rzayevin qardaşı rəhbərlik edirdi. İndi Santral Elektrikə rəhbərlik səlahiyyəti İlham Həsənova – Baba Rzayevin qaynına verilib. Həm də təkcə Santral Elektrik deyil, əldə etdiyimiz sənədlərə görə bu ailə Azərbaycanda elektrik məhsulları sahəsində əksər şirkətlərə himayədarlıq edir. Ailənin biznesi 2006-cı ildən sonra çiçəklənməyə başlayıb. Bu isə Baba Rzayev paytaxtın elektrik paylama şəbəkəsinə nəzarət edən dövlət qurumu olan “Bakıelektrikşəbəkə”nin sədri təyin olunan vaxta təsadüf edir. Məhz həmin dövrdə paytaxtın elektrik şəbəkəsi də özəl əllərdən – Barmek şirkətindən alınaraq, bərpa edilmiş dövlət qurumuna – “Bakıelektrikşəbəkə”yə keçib. Baba Rzayev və onun həyat yoldaşı Nərminə Həsənova iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvləridir. Baba Rzayev Santral Elektrikin əsasını 2000-ci ildə Türkiyədən olan tərəfdaşı ilə birlikdə qoyub. Sonralar, 2003-cü ildə türkiyəli iş adamı öz payını Baba Rzayevə satıb. Bakelektrikşəbəkəyə sədr keçdikdən sonra onun, Santral Elektriki də qeyri-rəsmi idarə etdiyi bildirilir. İxtisasca elektrik mühəndisi, ADNA məzunu olan Baba Rzayev Bakelektrikşəbəkəyə rəhbər göndərilməzdən əvvəl “Bakelektro” ASC-nin icraçı direktoru işləyib. Hazırda “Bakelektro”ya da onun qardaşı Emin Rzayev rəhbərlik edir. Baba Rzayev hansı qurumda rəhbər olur olsun keçirilən tenderləri mütləq tayfasından kimsə udur. Əsasən də qardaşı. “Azərişıq” Açıq Səhimdar Cəmiyyəti tərəfindən “Müxtəlif növ kabellərin satın alınması” məqəsədilə keçirilən tender müsabiqəsinin qalibi “Göknur Bakı LTD” MMC olub. “Azərişıq” Açıq Səhimdar Cəmiyyəti “Müxtəlif növ kabellərin satın alınması” məqəsədilə “Göknur Bakı LTD” MMC şirkətinə 17 milyon 264 min 667 manat 1 qəpik ödəycək. Məlumat üçün bildirək ki, “Göknur Bakı LTD” MMC 02.09.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 milyon 349 min manat olan NNC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov, ev 11, məhəllə 2062-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rzayev Rahib Hüseynağa oğludur. Onu da bildirək ki, Rzayev Rahib Hüseynağa oğlu uzun illər – 2006-2018-ci illərdə “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinə rəhbərlik edən Rzayev Balababa (Baba) Hüseynağa oğlunun qardaşıdır. Baba Rzayev 2018-ci ildən etibarən “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin əsas tərəfdaşı və yeganə elektik enerjisi tədarükçüsü olan “Azərenerji” Açıq Səhimdar Cəmiyyətinə rəhbərlik edir. Baba Rzayev “Bakıelektrikşəbəkə”Açıq Səhimdar Cəmiyyətinin sədri olduğu zaman – 2011-2015-ci illərdə də “Göknur Bakı LTD” MMC ilə ASC arasında onlarla tender müqaviləsi imzalanıb. Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Qanunun 13-cü maddəsində göstərilir ki, satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi satınalma prosedurlarında iştirak edən iddiaçının vəzifəli şəxsi ilə birbaşa qohumluğu, həmçinin təsisçilik və asılılıq münasibətləri olanlar ola bilməz. Eyni zamanda 13-cü maddənin 2.2 bəndində qeyd olunur ki, satınalan təşkilatın təmsilçisi satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi ola bilməz. Ancaq yazılı qanunlar Rzayevlərə aid deyil. Onlar bu qanunlara tüpürürlər. Lap son olaraq bildirək ki,bu günlərdə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.Tender müsabiqəsinin qalibi “Bakelektro” MMC olub. “Bakelektro” MMC MİDA-nın sifarişi əsasənda Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə inşa olunan yaşayış kompleksində mənzillər üçün elektrik enerjisi sayğaclarının alınıb quraşdırılması və istismara verilməsi işlərini görəcək. Görüləcək işlərin qarşılığında “Bakelektro” MMC MİDA-dan 403 min 356 manat 10 qəpik alacaq. “Bakelektro” MMC qeyd olunan yaşayış kompleksindəki mənzillərə ümumilikdə 996 ədəd smart kart tipli 1 fazalı sayğac quraşdıracıq. Rəqəmlərdən də göründüyü kimi “Bakelektro” 1 ədəd sayğacın alınıb quraşdırılması üçün 405 manat MİDA-dan 405 manat alacaq. Məlumat üçün bildirək ki, tenderin qalibi olan şirkətin rəhbəri “Azərenerji” Açıq Səhimdar Cəmiyyətinin prezidenti Rzayev Balababa (Baba) Hüseynağa oğlunun qardaşı Rzayev Emin Hüseynağa oğludur. Məhz tenderlərin sayəsində Baba Rzayev qiyməti on milyon dollarları aşan dəbdəbəli villalara sahib olub. Yüzlərlə şirkət yaradıb. Korrupsiya başqa necə olur ki. Ümid edək ki, bu adamı da yaxınlar da DTX-nın qara libaslı zabitləri ziyarət edəcək. Bax onda Rzayevlər imperiyasının nə boyda olduğu, hansı sərvətə yiyələnmələri məlum olacaq. aktualxeber.az