Rəşid Mahmudovdan sərt karantinə etiraz: “Pul almağın dərdindən rayon yollarını bağlayıblar”



“Rayon yollarını açmalıdırlar. Yalandan, pul almağın dərdindən o yolları bağlayıblar... Boş, yalan yerə iqtisadiyyatı və xalqı bu günə qoydular. Mənə hər şeyi danışdırmayın...”
Bu sözləri Cebhe.info-ya açıqlamasında bağlı daim qalmaqallı çıxışları ilə gündəmə gələn Tibb Universitetinin dosenti Rəşid Mahmudov rayon yollarının bağlı qalması ilə bağlı deyib.
Onun sözlərinə görə, rayon yolları ilə yanaşı, digər fəaliyyət sahələri də açılmalıdır: “Əksinə, şəhərdəki insanları rayonlara yerləşdirmək lazımdır. Çünki oranın havası təmizdir və immunitetin artmasına kömək edir. Təmiz hava, təmiz su və təmiz qida immunitetin artması deməkdir. İnsanlara azadlıq verilməlidir”.
Rəşid Mahmudov əlavə edib ki, insanlar koronavirusla mübarizəyə daha 3il hazır olmalıdırlar: “2023-cü ilə qədər onsuz da bu xəstəliyə hamı tutulmalıdır. Ölən öləcək, qalan da qalacaq. Həkim də var, sağaladacaqlar. Qanunlara da əməl etmək lazımdır. Amma virusa sadəcə olaraq maskadan istifadə etməklə və sosial məsafə saxlamaqla alışmaq lazımdır”.
Xatırladaq ki, koronavirusa ilk yoluxma halı Azərbaycanda fevralın 28-də qeydə alınıb. Mart ayından etibarən ölkədə koronmavirusla mübarizə tədbirləri çərçivəsində karantin rejimi tətbiq olunub. Həmin tədbirlər çərçivəsində paytaxtan rayonlara və əksinə gediş-gəlişə məhdudiyyət qoyulub. 5 aydır ki, bu qadağa qüvvədədir.
Tarix: 2-09-2020, 15:47
Xəbəri paylaş



Xəbər lenti