Yasamal icra başçısına şok ittiham: OBYEKTLƏRDƏN AYLIQ 'XƏRAC' YIĞIR VƏ...

Yasamal icra başçısına şok ittiham: OBYEKTLƏRDƏN AYLIQ 'XƏRAC' YIĞIR VƏ...


Bakının Yasamal rayon icra başçısı Elşad Həsənovun adı obyektlərdən pul yığılmasında hallanır. Xeber.de sahibkar Nazim Dünyamalıyevə istinadla xəbər verir ki, icra başçısının adını verərək dükanlardan "haqq” alırlar.

Bu tələbə boyun əyməyənlər isə obyektinin sökülməsi ilə qarşılaşır. N.Dünyamalıyev "facebook”da yazıb ki, ondan tələb edilən rüşvəti verə bimədiyinə görə obyekti yerlə-yeksan olunub. Sahibkar həyəcanla çağırış edib ki, bu məsələ Prezidentə dərhal məruzə olunmalı, icra başçılarının fəaliyyəti yoxlanmalı, haqsızlığa son qoyulmalıdır. Bildirək ki, Yasamalın icra başçısı E.Həsənov yeni təyin olunanlardandır və əvvəllər bu rayonun deputatı olub./gundelik baku

http://www.7news.az/az/yasamal-icra-bascisina-sok-ittiham-obyektlerden-ayliq-xerac-yiir-ve/
Tarix: 30-08-2020, 13:48
Xəbəri paylaş



Xəbər lenti