Ələt postunda rüşvət alırlar? - AÇIQLAMA




“Koronavirus pandemiyası başlayandan bu günə qədər bütün dövlət qurumları, polislər ön cəbhədə olublar. Onlar tətilsiz xidmətlərini həyata keçiririlər”.
 
Pravda.az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
 
Lakin Ələt postunda istisna xarakteri daşıyan hər hansı bir pozuntu varsa, bu barədə qərargaha da, mediada da məlumatlar verə bilərlər.
 
Bəzi insanlar vəziyyətdən sui-istifadəyə çalışıblar. Həta torpaq yoldan keçirdilər. Həmin ərazidə quyu qazılmışdı ki, oradan maşın keçə bilməsin.
 
Kimlərsə həmin quyunu doldurmağa çalışırdılar. Hamımız məsuliyyətli olmalıyıq. Neqativ hallar varsa, müvafiq qurumlar tərəfindən araşdırılacaq. Sizi inandırıram ki, DİN-in rəhbərliyi tərəfindən bu məsələlər ciddi araşdırılır”.
Tarix: 29-08-2020, 14:02
Xəbəri paylaş



Xəbər lenti