“Mənim görüşüm olacaq və qabaqcadan da elan etmişəm ki, görüşümə heç bir yad adam gəlməsin, masada altı fətərdən çox adam oturmayacaq. Hamı da maskada olacaq və görüş açıq havada keçiriləcək”Bunu Moderator.az-a açıqlamasınd Xalq yazıçısı Çingiz Abdullayev deyib. Yazıçı ölkədə qanunsuz keçirilən toy məclislərinə bir ziyalı kimi münasibət bildirmək istəmədiyini bildirib:
“Xalxın toyunu heç vaxt, heç kəslə müzakirə etmirəm. Mənim görüşüm olacaq və qabaqcadan da elan etmişəm ki, görüşümə heç bir yad adam gəlməsin, masada altı fətərdən çox adam oturmayacaq. Hamı da maskada olacaq və görüş açıq havada keçiriləcək. Çünki karantin qaydalarına riayət etmək lazımdır. Bax bu mənim mövqeyimdir. Kimsə toy edirsə, onu cərimə edirlərsə, bu qanundur və qanunu heç kəs müzakirə edə bilməz. Əgər qanuna kimsə riayət etmirsə, onu cəzalandırırlar və düz də edirlər. Bağışlayın, mən Azərbaycanın xalq yazıçısıyam və əsərlərimi 32 dilə tərcümə ediblər, kiminsə toyu haqda mən nəsə desəm, bu özümə alçaqlıqdır”.
Qeyd edək ki, akademik Ramiz Mehdiyevin nəvəsinin toyundan sonra mobil rabitə şirkətlərindən birinin vəzifəli şəxsi qızına toy edib və o, da polis tərəfindən cərimələnib.
Tarix: 27-08-2020, 14:54