Mikayıl İsmayılovun həbs olunan başçı ilə MÜBHƏM ƏLAQƏLƏRİ... - İLGİNC FAKTLAR...

Azərbaycanda korrupsiya və məmur özbaşınalığına qarşı aparılan məqsədyönlü siyasət nəticəsində avqust ayının 7-də Kürdəmir rayonun İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslər saxlanıldı.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan icra başçısı C.Cəfərov 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir.
CivilAzerbaijan.com xəbər verir ki, Baş Prokurorluğun açıqladığı məlumatda Ceyhun Cəfərovun rüşvət aldığı bir sıra özəl və dövlət müəssisələrinin adları məlum olub:
"İstintaqla Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun İcra Hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov, İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov və İcra Hakimiyyətinin digər vəzifəli şəxslərinin ayrı-ayrı vaxtlarda rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrindən ümumilikdə 137 min manat, Kommunal Müəssisələr Kombinatından 58 min manat, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrindən 120 min manat, "Azbiyan” MMC-dən 71 min manat məbləğində vəsaiti rüşvət qismində istəyərək almalarına əsaslı şübhələr müəyyən edilib”, - deyə məlumatda bildirilir.
Lakin bir müddətdir ki, ölkə mediasında yazılanlara görə Ceyhun Cəfərovun imzası və birbaşa iştirakı ilə Kürdəmir rayonunda baş verən korrupsiya halları daha böyükdür.
Prezidentin, yoxsa Vidadi Zeynalovun kadrı?
Məlumatlara görə keçmiş İcra başçısının qeyri-rəsmi məclislərdə ilk badə qaldırdığı şəxs Rabitə və Texnologiyalar Nazirliyinin Aparat sabiq rəhbəri Vidadi Zeynalov olub. Vidadi Zeynalovla Ceyhun Cəfərovu yaxın qohumluq əlaqələrindən başqa, həm də böyük biznes şəbəkələrində şəriklik birləşdirir.
Bir neçə il öncə yerli mediada yazılanlara görə Vidadi Zeynalovun əsas biznesi Avropada, daha dəqiq Çexiya Respublikasında yerləşib. Şərqi Avropa ilə Qərbi Avropanın ortasında yerləşən bu kiçik dövlət sahibkarlıq, biznes üçün sərfəli bir ölkədir. Məlumatda Vidadi Zeynalovun Ceyhun Cəfərovla birlikdə Çexiyanın Praqa və Borno şəhərlərində otelçilik biznesi, bir neçə böyük pub bar və restoran da aldığı yazılırdı.
Ceyhun Cəfərovla Vidadi Zeynalovun şəbəkəsinin biznesi xaricdəki obyektlərlə yekunlaşmır.
Bu iki şəxsin ən böyük maxinasiyası Kürdəmir rayonunun Pirili kəndi və Karrar qəsəbəsi ərazisində yaradılan "Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətində baş verib. Qeyd edək ki, 2000 hektar ərazidə - Pirili massivində "Qlobal-Aqro” MMC tərəfindən aqropark yaradılıb. Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə ərsəyə gələn müəssisəyə 4 milyon manatdan artıq vəsait xərclənib.
Ancaq yerli mediada 2016-cı ildə Kürdəmir rayonunun Pirili kəndi ərazisində yaradılan "Qlobal-Aqro" MMC-nin rəhbərliyi ilə Kürdəmir rayon İcra Hakimiyyətinin rəhbərliyi arasında maxinasiya baş verdiyi barədə şok məlumatlar yazılıb. Məlumatda deyilir ki, ""Qlobal-Aqro" MMC-yə məxsus olan və 2000 hektar ərazidə yaradılan aqroparka ayrılan dövlət vəsaitləri əslində Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və Vidadi Zeynalovun digər şərikləri tərəfindən mənimsənilərək sabiq aparat rəhbərinin dövlətə vurduğu milyonlarla zərərin bir hissəsini ödənilməsinə yönləndirilib.
Ceyhun Cəfərov və onun üzv olduğu "çete" dövlətdən oğurladıqları pulları "boss"ları Vidadi Zeynalovun borclarına ödədikdən sonra "Qlobal-Aqro" MMC-nin inşasını Kürdəmir rayonunda fəaliyyət göstərən dövlət müəssisələrinə və yerli sahibkarlara "yükləyiblər".
Kürdəmirdə subsidiyalar da mənimsənilib
C. Cəfərovun bələdiyyə sədri və icra nümayəndlərindən rüşvət tələb etməsi barədə dəfələrlə sakinlər dövlət rəhbərliyinə, müvafiq qurumlara, eyni zamanda mətbuat orqanlarına çoxsaylı şikayətlər ünvanlayıblar. Orta əsrlərə aid feodallara xas üslubda tabeliyində çalışan vəzifəli şəxslərdən və sahibkarlardan rüşvət tələb edən sabiq icra başçısının dövlətin fermerlərə ayırdığı subsidiyaları da mənimsədiyi deyilir.
Məlumata görə Ceyhun Cəfərovun bitib-tükənməyən hərisliyindən və hədələrindən zinhara gələn bələdiyyə sədrləri və yerli icra nümayəndələri onun qanunsuz əmrlərinə tabe olaraq rayonda əkilən taxıl sahələrini "şişirdiblər".
Kürdəmir rayonunda 23 kənddən 1679 nəfərin adına 12420 hektar torpaq sahəsi üçün subsidiya yardımı yazdırılıb. Həmin torpaqların bir hissəsinin isə məhz saxta sənədlər əsasında yardım siyahısına salındığı bildirilir. 2014-ci ilin aprelin 16-da rayona təyin olunmuş icra başçısı Ceyhun Cəfərov 20-yə yaxın kənd icra nümayəndəsinin hər birindən 5 min manat, habelə 23 bələdiyyə sədrindən və icra nümyəndəsindən balanslarında olan bəzi torpaq sahələrini saxta sənədlər əsasında subsidiya yardımına yazdırılması maxinasiyasından əldə etdikləri "qazanc”ları da tələb edib.
Ceyhun Cəfərov "melorativ" korrupsiyaya da yol verib
Məlum olduğu kimi son illər dölət başçısı Prezident İlham Əliyev cənablarının inkişafına xüsusi önəm verdiyi sahələrdən biri də aqrar sektorun inkişafıdır. Bu məqsədlə kənd təsərüfatının, əkinçiliyin inkişafı üçün hər il dövlətdən yüz milyonlarla vəsait ayrılır. Səhralaşma, duzlaşma və torpaqların eroziyaya uğramasının qarşısının alınması üçün dövlət büdcəsindən ən çox vəsait ayrılan rayonlardan biri də Kürdəmir rayonudur.
Rayonda torpaqları suvarma suyu ilə təmin etmək üçün nasos stansiyalarının və suvarma kanallarının tikintisinin inşası zamanı da müəyyən maxinasiyalara yol verildiyi deyilir.
Neft "baronu"nun Kürdəmirdə "aqrar poliqonu"
Ceyhun Cəfərovun Kürdəmirdəki maxinasiyaları, oliqarx məmurlarla şərikliliyi yuxarıda yazılanlarla bitmir.
Həbs olunan icra başçısının işbirliyinə getdiyi oliqarxlardan biri də SOCAR-ın vitse prezidenti Mikayıl İsmayılovdur.
Məlumata görə, Ceyhun Cəfərov Mikayıl İsmayılova Ərşəli kəndi ərazisindən 4 min hektar torpaq satıb.
Mikayıl İsmayılov satın aldığı ərazilərdə 200-dək istixana inşa edib. Ərşəli kəndi ərazisindən keçən magistral qaz xəttindən öz ərazisinə təxminən 30 kilometrlik yeni xətt çəkdirib. Mikayıl İsmayılova bu məsələlərdə maddi və digər dəstək verən şəxslərdən biri isə Zeynal adlı iş adamıdır. Bir çox iri şirkətlərin rəhbəri olan Zeynal adlı bu şəxs ölkənin ən iri oliqarxlarından birinin qudasıdır.
Ceyhun Cəfərov vəzifədə olduğu müddətdə törətdiyi maxinasiyaları yuxarı instansiyaların adından istifadə etməklə törədib. Belə ki, məlumata görə, o, sadə fermerlərin istifadəsində olan torpağı oliqarx məmurlara satarkən həmişə bunun "yuxarılardan" gələn tapşırıq olduğunu bildirib.
Ceyhun Cəfərova bu maxinasiyalarda "ideoloji" yöntəm verən şəxslərdən birinin də Hacı Vaqif adlı şəxs olduğu deyilir. Yasamal rayonunda Ceyhun Cəfərovla qonşu olan Hacı Vaqifin həm də həbs edilən icra başçısıyla birlikdə bizneslərinin olduğu deyilir. Hacı Vaqif eyni zamanda Ceyhun Cəfərovla birlikdə həbs edilən Kürdəmir rayon İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimovun dayısıdır.
Ceyhun Cəfərov Mikayıl İsmayılovla olan münasibətlərindən istifadə edərək Hacı Vaqifin oğlunu SOCAR-ın Türkiyə təmsilçiliyində yüksək vəzifəyə təyin etdirib.
Mənbə: CivilAzerbaijan.comhttp://www.dia.az/8/261324-mikayil-smayilovun-hebs-olunan-bashchi-ile-mubhem-elaqeler.html
Tarix: 27-08-2020, 13:46
-
Dünən, 22:35
"Bu bədbəxt insanlar hara şikayət etsin?" - İşçilər SOCAR prezidentinə SUAL EDİR...
-
Dünən, 22:13
Macarıstanda deputat maaşı azaldıldı – Azərbaycanda da mümkündür?
-
Dünən, 21:58
Anar Bayramov öz adamlarını TƏBİB-ə yığır - Daha bir dostuna vəzifə verdi
-
Dünən, 21:47
TƏBİB-də rəhbərlər dəyişir, sistem olduğu kimi qalır - Raminlə, Vüqarla, Anarın nə fərqi?...
-
Dünən, 21:44
Baş Gömrük İdarəsində əməliyyat - Saxlanılanlar var
-
Dünən, 21:22
SOCAR ərazisində tikinti aparan Rövşən kimdir? VİDEO
-
Dünən, 21:15
Məktəblilərin intellektual yarışı: "HedaCore JR Çempionatı – Yaz mövsümü 2026" uğurla başa çatdı! -FOTO
-
Dünən, 21:10
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı "AZNEKTARİN" MMC-nin intensiv meyvə bağları və müasir suvarma infrastrukturu ilə tanış olub
-
Dünən, 21:04
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin memorandum şousu... - nəticəsiz "uğur" təqdim edilir (FOTOLAR)
-
Dünən, 21:01
Azərbaycanda hansı rayonda nə qədər qazi var? - SİYAHI
-
Dünən, 20:57
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Xoruzlu kəndində "PATRON" MMC-yə məxsus günəbaxan tumlarının emalı müəssisəsi ilə tanış olub
-
Dünən, 20:55
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verilib
-
Dünən, 08:00
Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir? - İTTİHAM VAR...
-
Dünən, 07:58
TƏBİB-in İcraçı direktorunun müavinlərindən biri Araz Nəsirov da getdi ...
-
Dünən, 07:34
Naxçıvan Hava Limanının vəzifəli şəxslərinə cinayət işi açılıb
-
10-06-2026, 23:22
ADY yerdə əlavə vaqon qoşur, qiymətlərsə “göylə gedir”
-
10-06-2026, 23:18
Rayon rəhbəri Bəyimsarov kəndində Birinci dərəcəli “Əmək” ordenli Fazil Vəliyevin pambıq tarlalarına baxış keçirib
-
10-06-2026, 23:11
“Xalqı dövlətə qarşı qaldırır” - Sahib Məmmədovdan Prezidentə ŞİKAYƏT
-
10-06-2026, 23:08
İcra başçısı şəhid atası Kamil İsmayılovu 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
10-06-2026, 23:04
Faizsiz kredit, yoxsa yeni borclanma? - Məcnun Məmmədovun planı nədir?
-
10-06-2026, 23:01
İcra başçılarının PULU kəsilir: Nazirdən ANONS - GƏLİŞMƏ
-
10-06-2026, 22:57
Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – İmişlidə Direktor Özbaşınalığı və regional rəhbərliyin "Haqq" Məntiqi!
-
10-06-2026, 13:37
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
-
10-06-2026, 13:33
AYNA üçün vacib olanı qazancdır...
-
10-06-2026, 13:01
İcra başçısı şəhid anası Pərvanə Əhmədovanı 55 illik yubileyi münasibəti ilə təbrik edib
-
10-06-2026, 12:47
Gəncədə zibilə ayrılan milyon... - TƏFƏRRÜAT
-
10-06-2026, 12:44
“Kontakt Home”da fantastik cərimə skandalı - Məhkəmə özbaşınalığı durdurdu
-
9-06-2026, 22:02
Ankara hesablayır, Bakı əsəbiləşir: Paşinyan niyə problemə çevrildi?
-
9-06-2026, 21:54
Ekspert rəyi, yoxsa sifarişli narrativ? - BBC-nin görünməyən tərəfləri
-
9-06-2026, 21:46
74 gündür evlərə nə girə bilirlər, nə də çıxa - "Kömək etmək istəyəni də qoymurlar" - VİDEO