"RAMİZ MÜƏLLİM O TOYA HEÇ KİMİ ŞƏXSƏN DƏVƏT ETMƏYİB" - Abel Məhərrəmov: "Mənim özümü də..."



“Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən, siyasi “tost” deyən BDU-nun sabiq rektoru Abel Məhərrəmov yaxın günlərdə YAP-dan uzaqlaşdırılacaq”.
“Bakupost” xəbər verir ki, o, karantin qaydalarını pozaraq toyda iştirak etdiyinə görə özünü bağışlatdırmağa çalışsa da, buna müvəffəq ola bilməyib: “Keçmiş rektor da deputat Siyavuş Novruzov kimi Ramiz Mehdiyevi günahlandırıb. Bildirib ki, Mehdiyev ona zəng edib toya dəvət edəndə Prezidentin bundan xəbərinin olduğunu, ondan xeyir-dua aldığını deyib. O məhz buna görə də, həmin toyda iştirak etməyə qərar verib. Amma onun bu izahı vəziyyəti dəyişməyib”.

Muxalifet.az xəbər verir ki, Abel Məhərrəmov onun adından deyilən “Ramiz Mehdiyev tərəfindən aldadıldığı” haqda fikirləri təkzib edib. Sabiq rektorun yaxın ətrafından saytımıza verilən məlumata əsasən, o, Ramiz Mehdiyevin qız nəvəsinin toyunda iştirak etdiyinə görə peşman deyil. Doğrudur, Abel müəllim bu toyun keçirilməsinin karantin qaydalarına zidd olduğunu inkar etmir. Amma toyda qonaqlar arasında məsafənin saxlanılmasına əməl edildiyindən, bu məclisin təşkilində hər hansı problem də görmür(?).

O ki qaldı Ramiz Mehdiyev tərəfindən aldadığı haqda fikirlərə, sabiq rektor ümumiyyətlə bu toyda iştirak edən şəxslərlə bağlı AMEA prezidentinin ittiham olunmasını düzgün hesab etmir. “Bu məsələdə Ramiz müəllimi ittiham etmək doğru olmaz. Bildiyimə görə, o, bu toya heç kimi şəxsən dəvət etməyib. Mənim özümü də Ramiz müəllim deyil, İlham müəllim (Ramiz Mehdiyevin kürəkəni – red.) dəvət edib və Azərbaycanın adət-ənənəsinə uyğun olaraq, “toyda kim olacaq, necə keçiriləcək”, - deyə sorğu-sual etmədən, gedib iştirak etmişəm və bundan da peşman deyiləm. Sonradan bu toy məclisinin keçirilməsi qanuna zidd elan olunduğundan, orada iştirak edən bir çox qonaqlar kimi, mən də cərimə olunmuşam və qanunun tələbləri əsasında həmin cəriməni də ödəmişəm”, - deyə A.Məhərrəmovun adından bildirilib.

Xatırladaq ki, AMEA prezidenti Ramiz Mehdiyevin qız nəvəsinə toy etməsi siyasi skandala səbəb olub. Əvvəlcə onun kürəkəni, sabiq deputat İlham Əliyev və onun qudası qandallanaraq həbs olunub. Sonra isə toyda iştirak edən vəzifəli şəxslər cərimələnib. Deputat Siyavuş Novruzov isə YAP-dan istefa verib.

Siam.az
Tarix: 26-08-2020, 19:53
Xəbəri paylaş



Xəbər lenti