“Artıq bizim hərbçilərimiz də nəhayət ermənilərin Bakıda olan dayaqlarının sarsılmasından sonra hərəkətə keçiblər”Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. H.Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin erməni diversantla bağlı dərhal hərəkətə keçməsini pisləyib:
“Bu gün dünyada ikili standartla tüğyan edir. Ermənilər yenə bizim sərhədlərdə təxribata cəhd edirlər və onların hərbçilərinin girov götürülməsi müsbət haldır. Artıq bizim hərbçilərimiz də nəhayət ermənilərin Bakıda olan dayaqlarının sarsılmasından sonra hərəkətə keçiblər. Bu bir daha sübut etdi ki, ermənilərin hakimiyyətdə böyük dayaqları var idi və onlar sarsılır. Qaldı ki, Beynəlxalq Qızıl Xaç Komitəsi həmişə ermənilərin tərəfində olub. Bu gün dünyanın özü də ermənilərin tərəfindədir. Məsələn, ATƏT-in Minsk Qrupu otuz ildir Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün yaradılmış bir qurumdur. Dilqəm Əsgərovla Şahbaz Quliyevin altı ildir erməni girovluğunda qalmasıyla bağlı BQXK məsələ qaldırmır, amma iki gün öncə təxribat törətmək istəyərkən ordumuz tərəfindən girov götürülən erməni diversanta görə hərəkətə keçirlər. Biz bunlara artıq fikir verməməliyik. Azərbaycan dövləti və hüquq-mühafizə orqanları bilməlidirlər ki, biz öz hüquqlarımız uğrunda mübarizə aparmalıyıq, vətəndaşlarımızın qeydinə qalmalıyıq. Azərbaycanda ermənilərlə qohum olan insanlarların qayğısına qalmamalıyıq. Bilirsiniz ki, toy edənlər, tutulanlardan sonra Dağlıq Qarabağın işğaldan azad edilməsində və əsirlərimizin geri qaytarılmasında böyük irəliləyiş olacaq. Bir ideya altında birləşib torpaqlarımızı işğaldan azad etməliyik. Amerikanın və Rusiyanın dedikləri bizi maraqlandırmamalıdır. BQXK-nin də bu cür hərəkəti qınanılmalıdır və onları ümumiyyətlə, Azərbaycandan qovmaq lazımdır.
BQXK getsin əsirlərin dəyişdirilməsini təşkil etsin. Biz qorxaq siyasətdən əl çəkməliyik. Dilqəmlə Şahbaz öz ata-baba torpaqlarını ziyarət etməyə gedəndə ermənilər girov götürdü. İndi özünüz görürsünüz ki, ermənilərin xaç atası hakimiyyətdən uzaqlaşdırılandan sonra nə qədər fəsadlar törədilir. Bu gün beynəlxalq hüquq da bizim tərəfimizdədir və biz ortaya mövqe qoymalıyıq. Mən BQXK Azərbaycandakı bu cür hərəkətlərini pisləyirəm. Onlar heç çox vaxt bizim əsirlərə baş çəkmirlər, yalan danışırlar”.
Siam.az
Tarix: 26-08-2020, 14:44