Uzunçuluğu sevməyənlər yan keçsinlər, zatən.
Əhali arasında karantin qaydalarına münasibət birmənalı olaraq mənfidir və bu tendensiya getdikcə güclənir.
Və bunun həm obyektiv, həm subyektiv səbəbləri var. Obyektiv gedib biraz dincəlsin, gecə vaxtıdır, subyektivdən isə deyim.
Ölkədə xırda, mırda, orta, morta, dıkkılı, qıccılı, restoran, otel, makro, mikro bla bla bla və s. biznes böyük müvəffəqiyətlə rəhmətə gedib, götürəni yoxdur.
Daha doğrusu, götürəni var, prosta yaslar qadağa altındadır deyə, gedib baş sağlığı verə bilmirik.
San ki, iki qanad var ölkədə, biri azdan-çoxdan, pis-yaxşı biznesi suni nəfəs apparatına qoşmaq istəyir, digərisi gəlib o şlanqı kəsir.
Mən son qərarlara baxıram, biznesə aid ümumi hadisələrə, karantinin artıq bizim sağlamlığımıza deyil, kimlərinsə ciblərinin doldurulmasına yönələn görürəm.
Ola bilsin yanılıram, mələkdirlər hamısı, amma ictimaiyətdə buna dair ciddi şübhələr var.
Test - cərimə - qadağa - test - cərimə - qadağa - test - cərimə - qadağa prinsipi non-stop rejimində çalışıyor.
Üzbəüz oturmaq olar, yanbayan olmaz, davay düş tasa. O gün bir cütlük yanaşı oturub terrasda, elə təzəcə sevqilisinə evlilik təklifini edəcəkdi, tökülüşüb az qala Vətənə xəyanət maddəsi ilə cəza yazırdılar, gözlərini bərəldib.
Yazzığın sözü ağzında qaldı, qız indi öldürür özünü ki, güclə yola gətirmişdim.
Hərə əlinə bir metrə götürüb çıxıb məsafə ovuna.
Belə oturmaq olmaz! Yaxın oturma! Biraz da çəkil! Sağ ayağını qaldır! Sol əlini sal! Hə, malades, bax belə oturmaq olar, üzünə də zəhirmar tax, vsyo, xox, virus qorxdu səndən.
Restoran qabağında iki masa qoyur ki, heç olmasa şişirdilmiş işıq pulunu verə bilsin, tarap vururlar təpəsindən ki, vaxsey, sənin bu masaları çıxarmağa icazən yoxdur, get izacə al.
Bizdə icazələr bilirsiniz nəyi müqabilində verilir, hələ üstünə 2 həftə süründürməni də gəlin, görün nə gündədir biznesə dəstək.
Bəs bu son gömrük qaydaları, au, məntiq, vear yu?
1000$-dan 300$-ra salınması azmış, üstəlik hələ, möhkəm oturun, ayda bir dəfə 10$-lıq bağlama alsanız, artıq 290-na əlvida deyə bilərsiniz.
Sadəcə su atın dalıyca, bir daha görüşməyəcəksiniz. Meşədi İbad demiş, mənə meymun dediyin az deyil, hələ bir salam da verirsən?
Testlər isə başqa söhbətdir, ruslar demiş, uje daje nismişno.
Çox uğurlu biznes alındı, tfu tfu, villalarının yanından üzərik iyindən keçmək olmur.
Məmləkətimizin standartlarına uyğun olaraq öz monopolistləri, öz sferaları, öz maraq dairələri var var bu biznesin, partapart gedir alver.
Xaricə gedirsən, bir test - qayıdırsan iki test-dən xəbərsiz olmasınız, yazmışdım bu haqda.
Adını çəkmək istəmədiyim izah edə bilər, niyə qayıdanda evdə oturmamaq üçün iki dəfə test vermək lazımdır?
Otellərin işləməsi üçün yeni qaydalardan xəbəriniz var?
Otel işçiləri həftədə bir dəfə test verməlidirlər, qonağlar da gələndə test verib gəlməlidirlər.
Turizm can vermir artıq, qalmayıb o can onda, sadəcə xırıldıyır, qan gəlir boğazından, niyə o qanı içirsiniz?
Daxılı turizm sahəsində əsas yükü orta və balaca otellər daşıyır. Otel var ki, 10 işçisi var, hərəsi həftədə bir dəfə 100 manatlıq test versə, ayda 4 min manat edir.
Bu yetim hardan versin bu pulu? Nə etməlidir? Qiyməti qaldıracaq, biz də burda tumanı çəkəcəyik başımıza ki, camaatın dərisini soyurlar, oy a vot v Qruziyi tak klyooovaaa.
Siz də 4 nəfər ailə gedib iki gün oteldə qalmaq istəyəndə, gərək gedib 400 manat tərləyib test verəsiniz.
Mən burada bundan da uzun yaza bilərəm, sadalayaram məntiqsizliyi, tələsik qərarları, kiçik və orta biznesə zərbələri, amma bütövlkükdə sözüm karantin haqdadır.
Bir daha, bir daha və bir daha!
Biz heç birimiz karantinə qarşı deyilik, bunu anlamaq lazım. Əhali olaraq biz karantin qaydalarının məntiqliyini istəyirik. Yaxud, inandırıcı səbəblər, hansılar ki, daha yoxdur, olanlara isə artıq heç kim inanmır.
Dünyanın hansı ölkəsində insanlar öz balaca məmləkərlərinin bölgələrinə 6 ay ərzində gedə bilmirlər?
Dünyanın hansı ölkəsində paytaxt şəhərin metrosu bağlıdır aylarla?
Qonşu Gürcüstanda Jazz festivalları keçirilir, burda binoklla izləyirlər ki, kim bağında 6 nəfərdən çox ailə üzvləri ilə oturub, gedib cərimələyək.
Sonra deyirlər uşaq doğ.
Bəlkə mən tələsirəm, avqustun 31-də sərt rejimə son qoyulacaq, amma qabağlayıcı olaraq deməyimiz yaxşı ki, laykların sayı ilə insanların narahatlığını görsünlər.
Qadağaları götürmək lazımdır, heç bir mediamızın hücumu ki, bəs bütün dünya karantinə qayıdır, ay nə bilim sərtləşmə gedir, işlərmir belə hücumlar.
Bizim də internetimiz var, biz də oxuya bilirik, xəbəri açıb görürsən ki, bütün sərtləşmə maska taxıb məsafə qorumağdan, yaxud 65+ insanlara toy-yas mərasimlərinə getmək qadağasından ibarətdir.
Mollar niyə bağlıdır? Mən bu gün axşam Fəvvarələr meydanından keçmək istədim, insan axını mənə geri apardı, siz nədən danışırsınız?
Şəhərə bir çıxıb gəzirsinizmi, ay qadağaşünaslar?
Toylar artıq siyasi məsələyə çevrilib, götürün qadağanı. Şərt qoyun, limit qoyun, qayda tələb edin, ustasınız qayda tərtib etməkdə.
Toy biznesidnə çalışanların bəlkə də yarısından çoxu qeyri-rəsmi işləyib.
Nəyə görə belə olub, kimdir günahkar, bu sonranın işidir, amma onlara demək ki, siz vaxtında əmək müqaviləsi tələb etməmisiniz, indi ölün acından - bu, düzgün deyil.
İmkan verin, şərait yaradın insanlar bir loxma çörək pulu qazansınlar, bu təxribat xarakterli son gömrük qaydasını ləğv edin, qoymayın başqalarına gücü çatmayan ÜST bizim başımızda etsin dəlləkliyi.
Nə siə, üzdüm zərif ürəyinizi, sözüm odur ki, ay əmilər, biznes ölüb e, ölüb!
Durub üzümüzə qayıdırlar ki, o sizin üçün ölüb, bizim üçün sağdır...
Azər Qəribov
Tanınmış jurnalist
Tarix: 26-08-2020, 08:39