Adil Qeybulla: “Karantin qaydalarına əməl etmək hər bir fərdin özünün təhlükəsizliyi baxımından vacibdir”
"Karantin qaydalarının yumaşldılmasından sonra vətəndaşlar arasında bu qaydalara lazımınca əıməl edilməməsi halları artıb”.
Bunu
Moderator.az-a açıqlamasında professor Adil Qeybulla bildirib. Professorun sözlərinə görə, bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsinə ehtiyac var:
“Hesab edirəm ki, maarifləndirmə ilə bağlı işlərin bir qədər də gücləndirilməsinə, bu məsələyə daha çox diqqət yetirilməsinə ehtiyac var. Çünki son vaxtlar məlum məsələ ilə bağlı artan problemlər bununla bağlıdır. Insanlar anlamalıdır ki, bu qaydalara əməl etmək onalrın öz təhlükəsizliyi üçün vacibdir”.
“Bəs qayda pozuntusu ilə bağlı halların artması polus nəzarətinin güclənməsinə səbəb ola bilərmi” sualını cavablandıran Adil Qeybulla, bu məsələdə əsas məsuliyyətin hər bir fərdin üzərinə düşdüyünü vurğuladı:
“Vətəndaşlar başa düşməlidir ki, bu məsələdə əsas məsuliyyət onların özünün üzərinə düşür. Axı niyə bizə daim polis nəzarət etməlidir? Axı bu qaydalara əməl etmək bizim vəzifəmizdir və bu, həm bizim, həm də ətrafımızdakı insanların təhlükəsizliyi baxımından vacibdir. Bəzi insanlar var ki, sadəcə polis görəndə maska taxır, polis uzaqlaşan kimi yenə də maskanı çıxarırlar. Onlar unudurlar ki, bununla ən böyük ziyanı özlərinə vururlar.
Hesab edirəm ki, maarifləndirmə işlərinin gücləndiurilməsi bu kimi halalrın qarşısının alınmasına da müsbət təsir göstərə bilər”.