Deputat Elnur Allahverdiyev gömrükdən niyə narazıdır - Kasıblara görə yox, öz biznesinə görə



Deputat Elnur Allahverdiyev gömrükdən niyə narazıdır -
Milli Məclisin deputatı Elnur Allahverdiyev bu gün ənəvi bülleten-press-relizini yayımlayıb. Deputat bir neçə gündür ki, ölkədə müzakirə edilən və elektron ticarətə tətbiqi nəzərdə tutulan gömrük rüsumları ilə bağlı sarı medianın ttəbirincə desək "od püskürüb". Əcaba Azərbaycanda ən böyük elektronika məshsullarının satışını həyata keçirən "Kontakt Home" ticarət şəbəkəsinin sahibi ciddidən xalqı, kasıb insanları, kiçik sahibkarları düşünür?
Gundeminfo.az-a açıqlama verən məlumatlı mənbə iddia edir ki, Elnur Allahverdiyevin böyük bir zaman ayıraraq açıqlama yaydırması heç də təsüdfi deyil. Mənbə bildirir ki, əslində "Kontakt Home" şəbəkəsi elə elektron ticarətlə formalaşıb. Bir şəbəkə halında fəaliyyət göstərən bu mağazalarda bir qrup insanın adına bir neçə ədəddən artıq olmayaraq məhsullar sifarış edilir. Gömrük rüsumlarından azad edilən və hələ ki, qüvvədə olan qanunlardan yararlanan deputat adətən vətəndaşların kütləvi olaraq narazı olduğu dükanlardır.
Gundeminfo.az-a daxil olan məluumata əsasən rəsmi bazası olmayan, istehsalçısı tərəfindən distrübterlik üçün izni olmayan "Kontakt Home" adətən elektron ticarətdəki qara bazar piştaxtalarından məhsulları sifariş edir. Bir neçə adamın adına ölkəyə karqo və poçt daşımaları yolu ilə idxal edilir.
Mənbəmiz deyir ki, məhz bu səbəbdən də adətən vətəndaşlar "Kontakt Home"də mal aldıqdan sonra onun geri qaytarılması və ya servisdə təmir edilməsində çətinliklərlə üzləəşirlər.
Məhsulların seriya və istehsal ili üzrə deyil, adətən elektron bazarda endirimə düşən məhsulları bir ildən sonra idxal edən bu dükanlarda daha çox faizlər hesablanır. Daxili kredit şərtləri ilə olsa da faizlərin yüksək olması, servis, çattdırılma, quraşdırma qaydalarından internet resurslarında yetərincə çox sayda vətəndaş çikayətləri var.
OO ki, qaldı elektron ticarətlə bağlı son dəyişikliklərə ölkədə bunu heç kim təqdir edə bilməz. Qanun post-pandemiya dövründə Azərbaycan kimi yerli istehsal göstəriciləri aşağı olan ölkərələrdə o qədər də arzuolunan deyil. Elektron ticarətə məhdudiyyətlərin tətbiq edilməsi kiçik sahibkarların, vətəndaşların ucuz və keyfiyyətli mal almalarına böyük zərbədir. Dolayısı ilə bu da pandemiyadan aylardır əziyyət çəkən insanların gəlirlərini itirməsinə, daha ağır vəziyyətə düşməsinə səbəb olur.
Lakin bizim bildiyimiz qədər "Kontakt Home"dan başqa hələ ki, heç bir elektronika məhsulları satan dükanlar şəbəkəsi, məsələn "Soliton", "Baku Electronics"dən narazılıq yoxdur. Mənbəmiz deyir ki, çünki bu dükanlar konkret istehsalçılarla mənbələr üzrə distrübütor kimi işləyir və hazırkı yeni təkliflərə uyğun da vergi və gömrük rüsumları ödəmiş olurlar.
Bütün iddialarla bağlı olaraq deputatın mövqeyini dinləməyə hazırıq.
Tarix: 24-08-2020, 16:28
Xəbəri paylaş



Xəbər lenti