Toy təşkilatçılarının cəzalandırılması təqdirəlayıqdır, bir qədər ictimai narazılığın səviyəsini aşağı saldı. Amma dediyim başqadır.
Hər bir valideyinin öz övladı qarşısında müəyyən məsuliyəti var, olmalıdır hər halda. Onu xoşbəxt etməyə çalışmalı, onu təhlükələrdən qorumalı və s.
Ok, imkan var, toy etdiniz balalarınıza. Amma bunu gizli şəraitdə, utana-utana, hansısa zirzəmidə, dar çevrədə deyil, böyük bir qəsəbənin gözü qabağında etdiniz.
Sıralarla avtomobillər, fişənglər, gurultulu musiqi sədaları və s. Yəni, hamı bildi, gördü ki, digərlərinə olan qadağalar sizə aid deyil, elə bil açıq verdiniz camaata.
Özü də indiki gərginlik şəraitində, hamının stress altında, əsəb içində, maddi və mənəvi əziyət altında olduğu dönəmdə.
Buna reaksiya, buna münasibət necə ola bilər insanlar tərəfindən?
Yalnız qəzəb, yalnız nifrət, yalnız qarğışlar. Yəni, övladlarınızın ailə həyatı ilk addımlarından qəzəb, nifrət və qarğışlarla başlayır.
Və siz bu yükün altından heç vaxt çıxa bilməyəcəksiniz.
15 sutka da keçəcək, həyat öz axarına da qayıdacaq, bundan da təmtərahlı şənliklər keçirəcəksiniz, amma sizin balalarınızın qarşısında olan o günahınız ömür boyu çiyninizdə qalacaq.
Bunu daim eşidəcəksiniz - "Yaxşı, biz uşaq olduq, qanmadıq, sizə nə gəlmişdi?"
Azər Qəribov
Tanınmış jurnalist
Tarix: 23-08-2020, 21:17