Kəramət Böyükçöl sərbəst buraxıldı


Ötən gün polis tərəfindən saxlanılan yazıçı Kəramət Böyükçöl sərbəst buraxılıb.

“Report”un əldə etdiyi xəbərə görə, onun barəsində müvafiq araşdırma aparıldıqdan sonra o polis bölməsindən sərbəst buraxılıb.

Qeyd edək ki, K.Böyükçöl dünən "facebook"da canlı yayımda olarkən kirayə yaşadığı evə polislər gəlib.

Polis əməkdaşları bildiriblər ki, məişət zəminnidə səs-küy olduğu üçün qonşulardan şikayət daxil olub. Bundan sonra o, saxlanılaraq aparılıb.
Tarix: 19-08-2020, 16:40
Xəbəri paylaş



Xəbər lenti