Bu dövlətə də, xalqa da Mirşahinlər lazımdır, Kəramətlər yox...- jurnalist Vüsal Məmmədov



“İndi hər yerindən duran özünü təsdiqləmək və "layk" qazanmaq üçün dəyərli insanları təhqir etməlidir, biz də sakitcə qulaqlarımızı sallayıb, baxmalıyıq da, hə?! Bu, nədir axı?! Mirşahin Ağayev Azərbaycan jurnalistikasında bir dəyərdir, zirvədir. Kimsə kefi istədiyi kimi yaşaya bilmirsə, durub Mirşahini söyməlidir, bir sürü mənasız mövcudat da onun ətrafında yürüşə-yürüşə, ağzının suyunu axıda-axıda çəpik çalmalıdır?! Hər şeyin həddi-hüdudu olar da. Biz kimi kimin ayağına veririk?! Nəyi nəyə dəyişirik?! Şəxsən satdığı bütün kitabları Mirşahinin efirdən dediyi bir cümlə dəyərində olmayan adam nə var-nə var, içib ağlaya-ağlaya hakimiyyəti pisləyir deyə, qəhrəman edib, başımıza çıxarmalıyıq, bütün tərbiyəsizliklərinə sakit yanaşmalıyıq?! "Layk" sayından qorxmalıyıq?! Tüpürüm o "layk"lara! Özünüzə gəlin, yoldaşlar”.
 
Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Vüsal Məmmədov deyib.
 
V.Məmmədov qeyd edib ki, bu dövlətə də, xalqa da geniş mənada mirşahinlər lazımdır, kəramətlər yox: “Heç müqayisə etmək belə, mümkün və düzgün deyil. Hansı kəndə gedib gəncləri bir az qurdalasan, içlərindən iki eşalon Kəramət çıxacaq, ancaq Mirşahinlər asanlıqla yetişmirlər axı. Sosial nifrəti dəyərli insanlara qarşı yönəltmək ən axırıncı, ən iyrənc yoldur. Mirşahinin heç kimin müdafiəsinə ehtiyacı yoxdur, sadəcə, məni başqa şey dəhşətə gətirir: Doğrudanmı, bu ölkədə bir-iki normal adam tapılmır ki, ortaya çıxıb, bu baş verənlərin necə yaramazlıq olduğunu göstərib, etiraz bildirsin?! Yoxsa hamı əlinə “popkorn” götürüb, dəyərli insanların necə alçaldılmasına zövq ala-ala tamaşa etmək fikrindədir? Alınmayacaq. Susmaq xəyanətə bərabərdir”.
Tarix: 17-08-2020, 22:38
Xəbəri paylaş



Xəbər lenti