Bu tarixədək olan biletlər ödənişsiz yenidən təxsis edilə və ya dəyişdirilə bilər 2020-ci ilin 25 oktyabradək uçuş dövrünü əhatə edən aviabiletlər ödənişsiz yenidən təxsis edilə və ya dəyişdirilə bilər. “Azərbaycan Hava Yolları” ASC-dən (AZAL) AYNA-ya verilən məlumata görə, açıq tarixlə rəsmiləşdirilmiş aviabiletlər (konkret geri qayıdış tarixi qeyd edilməyən biletlər) istisnadır.
“Alternativ olaraq, biz həmçinin sərnişinlərə aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul-sənəd təklif edirik. Bu vauçeri ləğv edilmiş reysə biletin ilkin uçuş tarixindən etibarən iki il ərzində istifadə etmək mümkündür”, - deyə məlumatda qeyd olunub.
Tarix: 17-08-2020, 15:58