"Toyda iştiraka görə məhdudiyyətin qoyulmasına ehtiyac görmürəm" - Baş infeksionistdən AÇIQLAMA

Türkiyədə koronavirusa yoluxanların sayı artdığı üçün toylarla bağlı qaydalar bir az da sərtləşdirilib. Belə ki, 65 yaşdan yuxarı və 15 yaşdan aşağı olan şəxslərin toyda iştirakı qadağan olunub. Bundan əlavə keçirilən toy, nişan, ad günü və digər mərasimlər axşam saat 11-dən gec olmayaraq yekunlaşdırılmalıdır. Qeyd edək ki, artıq 6 aydan çoxdur ki, Azərbaycanda pandemiyaya görə toyların keçirilməsi qadağan olub. Türkiyədəki qaydalar tədbiq edilməklə Azərbaycanda da toyların keçirilməsi mümkündürmü?
Bununla bağlı KONKRET.az-ın sualını cavablandıran Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, Azərbaycanda dövlət orqanlarında 65 yaşdan yuxarı şəxslərin işə cəlb edilməməsi tapşırığı verilib: “Amma toyda iştirakla bağlı bizdə hələlik heç bir yaş məhdudiyyəti yoxdur. Ola bilər ki, bu barədə bizdə hər hansı qərar qəbul edilsin.
Türkiyədə bu qərarın verilməsinə səbəb 65 yaşdan yuxarı insanlar bu xəstəliyi ağır keçirməsidir. Amma hələlik bizdə belə bir qərar yoxdur. Amma toyda iştiraka görə məhdudiyyətin qoyulmasına ehtiyac görmürəm. Əgər insanlar qoyulan qaydalara əməl edərlərsə, 65 yaşdan yuxarı insanlar toyda iştirak edə bilər. Çünki birinin oğlunun, qızının və ya nəvəsinin toyudursa, necə iştirak etməsin”.
Baş infeksionist qeyd edib ki, gündəlik yoluxmalarda artım-azalma olması gözləniləndir: “Gündəlik yoluxanların sayı 110-da ola bilər. Bu elə də ciddi yoluxma sayı hesab olunmur. Hazırda vəziyyət nəzarətdədir. Bizim istədiyimiz odur ki, yoluxmaların sayı tam azalsın. Bunun üçün də hamımız çalışmalıyıq. Bizdə hələ ki, birinci dalğa hesab olunur. Çünki birinci dalğanın bitməsi üçün ilk öncə gündəlik yoluxanların sayı tək-tük olmalıdır. Yoluxanların sayı minumuma düşdükdən sonra yenidən şiddətlənərsə, biz ona ikinci dalğa deyə bilərik. Amma hazırda bir çox ölkələr pandemiyanın artıq ikinci dalğasını yaşayır. Biz yoluxanların sayının azalmasını və ikinci dalğanın baş verməməsi üçün hər birimiz qoyulan 3 sadə qaydaya əməl etməliyik. Qapalı məkanlarda maska taxmalı, sosial məsafəni qorumalı və şəxsi gigyenik qaydalara əməl etməliyik”.
Tarix: 17-08-2020, 12:33
-
Bu gün, 11:40
Mediaya ən qapalı deputatlar – SİYAHI
-
Bu gün, 11:34
Görəsən, ADY sədri Rövşən Rüstəmov bu idarəçiliyə, belə bərbad sistemə rəhbərlik etdiyinə görə xəcalət çəkirmi?
-
Bu gün, 10:15
Bərdədə ailəmi aclığa məhkum ediblər- Baş Nazirə MÜRACİƏT
-
Bu gün, 09:44
Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ
-
Bu gün, 09:32
Süni intellekt dünyanın ən güclü kəşfiyyat xidmətlərini sıraladı - SİYAHI
-
Bu gün, 09:27
Peşə Təhsili üzrə Dövlət Agentliyində nələr baş verir?
-
Dünən, 18:48
LAQEYDLİK, NİFRƏT... - “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”
-
Dünən, 18:24
İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO
-
Dünən, 18:14
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət –Yemək iyi bürüyən otaqlarda xəstə qəbul edilir
-
Dünən, 18:09
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
-
Dünən, 16:09
Azərbaycan əhalisinin cəmi 4,6 faizi 70 yaş həddini keçir – Pensiya sistemi və real statistika
-
Dünən, 15:58
Tərtərin hərbi komissarı işdən çıxarıldı
-
Dünən, 12:05
“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib
-
Dünən, 11:27
Jurnalistin əməkhaqqı kartı bloklandı - "Bank Respublika" tənqid edildi
-
Dünən, 11:13
Gizli səs yazısı yayıldığı iddia olunan həkimdən MÜRACİƏT - "Həqiqət ekspertiza, sübut və hüquqla müəyyən olunur!"
-
Dünən, 09:20
Göyçayda məktəb binası acınacaqlı durumda – VİDEO
-
Dünən, 08:54
Nərimanov Tibb Mərkəzində bina narazılığı: TƏBİB həkimlərə cavab verdi
-
4-08-2026, 22:56
Mingəçevir Mərkəzi Xəstəxanası: isti koridorlar, soyuq islahatlar
-
4-08-2026, 22:29
Eşqi Bağırovun çətiri altında yeni HOQQABAZLIQLAR..
-
4-08-2026, 14:46
“10 ildir avtomobildən istifadə etmirəm” dedi, bahalı avtomobilləri yenidən gündəm oldu – Fotolar
-
4-08-2026, 14:44
MÜBAHİSƏLİ QƏRARIN PƏRDƏARXASI... – Deputat bir, ekspert başqa fikirdədir
-
4-08-2026, 14:37
Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
-
4-08-2026, 14:07
Mingəçevir icra başçısı şəhərə nəzarət edə bilmir - Vətəndaşlar şikayətçidir
-
4-08-2026, 14:02
Prezidentin Siyasətinə Zərbə Vuran Məmur: Sultanın Qanunsuzluq Şousuna Kim Dur Deyəcək?
-
4-08-2026, 11:03
“12 İL NATO BARƏDƏ NAĞILLAR EŞİTDİM...” - Zalujnıdan sensasiyalı açıqlamalar
-
4-08-2026, 10:58
"Dədə-baba qaydası ilə direktor təyinatı"!: FÖVQƏLMÜDİR QURBAN VERİLİR? -DE-FAKTO
-
4-08-2026, 10:08
Tuqay meşələri məhv olur: "Kürqırağı fermalar ləğv edilməlidir"
-
4-08-2026, 09:32
Peşə Təhsili Agentliyi ilə bağlı skandal: Şəxsi münasibətlərlə təyinat aparılıb? - İDDİA
-
4-08-2026, 09:27
Tanınmış aktyor ADY-dan narazı qaldı: “Yekə adamlarsız”
-
3-08-2026, 23:21
Səhiyyə Nazirliyi vakansiyalarla bağlı məlumat yaydı: İnanmayın!