Hafiz Hacıyevlə məşhur KVN-çi arasında qalmaqal




“İstənilən ölkədə müxalifət var. Amma onların fərqi bizim ölkənin müxalifətindən fərqi ondadır ki, onlar öz ölkələrini sevirlər. Bizim müxalifətin ermənilərdən heç bir fərqi yoxdur” deyən KVN “Parni iz Baku” Teatrının rəhbəri Tahir İmanovun öz həmkarı ilə söhbət edərkən Azərbaycan müxalifətini təhqir edərək erməniyə bənzətməsi sosial şəbəkədə geniş yayılıb və tənqidlərə səbəb olub. Tahir İmanovun özünün bu video ilə bağlı açıqlaması hələ ki, yoxdur.

Reportyor.info xəbər verir ki, məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “bumerang media” “youtube” kanalına açıqlamasında sənət adamlarının belə fikirdə olmasından təəssüfləndiyini bildirib:
“Mən istəməzdim ki, bizim sənət adamları belə fikirə düşsünlər və müxalifətin hamısını erməni adlandırsınlar. Bu, düzgün fikir deyil. Onsuz da ki, Paşinyan bu günlərdə öz çıxışında dedi ki, Azərbaycanda rəhbərliklərdəkilər bizim övladlarımızdı. Bu, bizim üçün utanc gətirən haldır. Amma bizim sənətçilərin müxalifətin hamısını aparıb o sıraya qatması, o cür hallandırması insafsızlıqdır. Mən düşünürəm ki, hər halda onlar da özlərinə hörmət etməlidilər.

Bu saat ölkəmiz elə bir həssas məqama gəlib çatıb ki, bizə milli birlik lazımdır. Bizim indiki vaxtda daxildə düşmən axtarmağa vaxtımız yoxdur. Hər birimizə qucaq açıb, Dağlıq Qarabağ məsələsinin həllində ölkə prezidentinin yanında olmalıyıq. Yoxsa, bu ona, o buna bir söz atsın, bu, elə “erməni dəyirmanı”na su tökmək kimi bir şeydir. Düşünürəm ki, belə bir sənətkarın belə bir fikrə düşməsi düzgün deyil.

İndi bunlar kiməsə yarınmaq istəyirlərsə, bu da heç kimə lazım deyil, əksinə, qıcıqlandırırlar. Müxalifətdə də xeyli samballı insanlar var, biz də müxalifətik, biz də vətənimizi, dövlətimizi, prezidentimizi, xalqımızı istəyən insanlarıq. Nöqsan da olanda hər kəsin nöqsanın özünə deyirik.
Və bu nöqsanların aradan götürülməsi üçün də əl-ələ verib çalışmalıyıq. Ona görə də belə bir ərəfədə Dağlıq Qarabağ məsələsində ölkədə olan milli birliyi pozmaq məqsədilə bu cür fikirlərin ortaya atılmasını əsassız sayıram.
İstəməzdim ki, bu adamlar bu cür fikirləri davam etdirsinlər. Biz də onların haqqında çox söz deyə bilərik, amma demirik. Ona görə də Azərbaycanda bu milli birliyə maneçilik törədən insanlara məsləhətim budur ki, hələ oturun yerinizdə, hamı bilir ki, kim kimdir.
Düşünürəm ki, Dağlıq Qarabağ məsələsində ölkədəki bütün müxalifətin bir yerdə olması, dövlər başçısının yanında olması, bu siyasətə dəstək verməsi kifayət edər ki, biz ölkədə bundan sonra da milli barışığı davam etdirək axıra kimi. Yoxsa ki, söz atışması, söz güləşdirməsinə mən düşünürəm ki, ehtiyac yoxdur”.



Tarix: 14-08-2020, 12:48
Xəbəri paylaş



Xəbər lenti