Abşeron rayonu Dövlət reysteri xdimətinin 4 saylı ərazi idarəsində vətəndaşları süründürürlər - İTTİHAM

    

Abşeron rayonu Dövlət reysteri xdimətinin 4 saylı ərazi idarəsində vətəndaşları süründürürlər - İTTİHAM
Teref.az xəbər verir ki, Aysel Əliyeva adlı vətəndaş Abşeron rayonu Dövlət reysteri xdimətinin 4 saylı ərazi idarəsində olan süründürməçilik və əziyyətlərdən şikayət edir. Aysel Əliyeva yazır:
Şikayətim Abşeron rayonu Dövlət reysteri xdimətinin 4 saylı ərazi idarəsindəndir.demək bura yolu və işi düşən əsl əzab yaşayır, nəzərə alsaq ki, burdakı işlər 1 dəfə ilə bitmir. Burda növbəyə yazılmaq üçün saat neçədə gəlmək lazımdır sizcə? Kimsə təxmin edə biıməz. Sübh 5 də. 6 da gəlsən artıq 10 cu olursan və dolayısı yolla işə gecikirsən. Əgər daha gerilərdə olsan, sənin işin yarım qalacaq həmin gün üçün. Çünki günortaya kimi qəbul edirlər. Mən bilmək istəyirəm, bu hansı qanuna sıgır.

Hələ adi notarius işi üçün də, orda notarius olmaması səbəbindən, ayrı bir gün də ona sərf olunur, o hissəsini keçirəm. Telefon nömrəsi isə burda bəzək üçündür. Yüz dəfə yıgın, cavab yoxdur./Teref.az/
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq!
Tarix: 14-08-2020, 09:03
Xəbəri paylaş



Xəbər lenti