Ramin Bayramlının koronavirus bazarı... - Uşaqdakı fərasətə bax eee...
Böyük Nizami Gəncəvinin məşhur misralarını hamımız bilirik:
Bir incə saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.
Bu fikri təkcə suya yox, bütün sahələrə aid etmək olar. Məsələn, eyni yeməyi heç vaxt dalbadal yemək olmur. Eyni paltarı heç kəs hər gün geyinmir və s. Karantin rejimi də belədir. Hər gün eyni qadağaları görmək artıq insanları bezdirir. Ona görə də cəmiyyətdə karantin rejimi hər dəfə uzadılanda ciddi narazılıq yaranır. Xüsusilə yay aylarında əhali bədəninin immunitetini daha da gücləndirmək üçün karantin səbəbindən dənizə, meşəyə, dağlara istirahətə gedə bilmir. Düzdür, dənizdə çimməyə artıq icazə verilib. Amma o da demək olar yay qurtarandan sonra. Hələ də əhali nə istirahətə, nə də qohum-əqrəbanı yad eləmək üçün rayonlara gedə bilmir. Yenə də səbəb artıq lüzumsuz bir vasitəyə çevrilən karantin rejimidir.
Bildiyimiz kimi, artıq Risiyada, Türkiyədə, Gürcüstanda, Almaniyada, Amerikada, Finlandiyada, Belarusiyada, Türkmənistanda və digər ölkələrdə karantin rejimi yumşaldılıb və həyat öz axarı ilə davam edir. Toylar da keçirilir, ticarət mərkəzləri, restoran və kafelər müəyyən qoruyucu qaydalara əməl etməklə işləyirlər. Yalnız bizdə xalqın ən çox şənbə və bazar günündə istirahətə imkanı olduğu halda, TƏBİB-in və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bütün ictimai nəqliyyat vasitələrinin hərəkəti dayandırılır. Nəticədə, hətta portalda adı olanlar belə nəqliyyat vasitələrinin olmamasından, Bakının kəndlərindəki bağına və dənizdə çimməyə gedə bilmirlər. Bu problem adətən şəxsi maşınları olmayanlara aiddir. Bütün bunları da onunla izah edirlər ki, əhalinin sağlamlığını qoruyurlar.
Mən Prezident cənab İlham Əliyevin bu sahədəki atdığı addımları şəxsən yüksək qiymətləndirirəm. Ancaq karantin rejiminə cavabdeh olanlar, xüsusilə TƏBİB-in rəhbərliyinin bu yöndə atdığı addımları düzgün hesab etmirəm. Xəstəliyin statistikasında “maxinasiyalara” yol verirlər. Bundan əlavə, karantin rejimindən sui-istifadə edərək, milyonlarla manat pulların mənimsənilməsinə şərait yaradırlar. Elə avqustun 4-də Milli Məclisin növbədənkənar iclasında gənc deputat Razi Nurullayevin TƏBİB barədə söylədiyi ciddi ittihamlar, yəni karantin rejimindən istifadə edib onların varlanmasını çox ciddi əsaslarla ortaya qoydu. “Təzadlar”ın da bu yöndə xeyli araşdırmaları var və TƏBİB barədə olduqca ciddi faktlar əldə etmişik.
Deməli, Dövlət Sığorta Agentliyinin bir şöbəsi kimi fəaliyyətə başlayan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) yarandığı gündən Səhiyyə Nazirliyinin bir çox funksiyalarını ələ keçirdi. Səhiyyə naziri Oqtay Şirəliyev bununla da oyundankənar vəziyyətə salındı. TƏBİB-in rəhbərliyinə isə, ona qədər heç yerdə nə həkim, nə də siyasətçi kimi tanınmayan Ramin Bayramlı gətirildi. Bəs belə bir “kruqa” o necə düşdü? Ramin Bayramlı bura qədər Gematologiya İnstitutunda işləyərkən, yuxarı dairələrin bir neçə tədbirində iştirak etməklə diqqəti özünə çəkə bilib. Məlumatlı mənbənin bildirdiyinə görə, ona görə də TƏBİB-ə rəhbər axtarılarkən Milli Məclisin deputatı, Tibb Universitetinin uzun illər rektoru olmuş Əhliman Əmiraslanovun və baş nazirin müavini Əli Əhmədovun təklifi ilə Ramin Bayramlı TƏBİB-ə rəhbər təyin edilir... Bu adamın təhsili olduqca aşağıdır, hansı klinikalarda rəhbərlik eləyibəsə, həmişə milyonlarlarla olan çatışmamazlığa görə işdən çıxarılıb. Ona görə də R.Bayramlı ora təyin olunanda heç kəs illuziyaya qapılmadı və onun həmin postda maksimum iki il duruş gətirəcəyini proqnozlaşdırdılar. Həmin müddəti də öz yerliləri və türk rəfiqəsi Xarmançının hesabına dözə bilərdi. Ancaq koronavirusla araya düşən pandemiya, onunla çox sərt zarafat elədi. Birdən-birə nəhəng pullar dövlət büdcəsindən başına tökülməyə başladı və bununla da özünü “yandırdı” və necə ki, başqa klinikalarda özünü “yandırmışdı”.
“Maxinasiyalar” başladı, nə başladı. O vaxta qədər heç kəsə məlum olmayan “İnci” Klinikasının rəhbərliyinə Gematologiya İnstitutunun direktoru Valeh müəllim olandan oranı birlikdə idarə edirdi. Ramin Bayramlı TƏBİB-in rəhbərli olandan sonra “İnci” Klinikasının adi referent-laboratoriyası “COVİD-19” virusunun analiz mərkəzinə çevrildi. Bu isə milyonlarla manat pulun yuyulması deməkdir. Bu pulları Ramin Bayramlı necə əldə edir, aşağıda bu barədə konkret rəqəmlərlə məlumat verəcəyik. Özü də “İnci” Klinikasının laboratoriyasında virus üçün analiz edənlər öz rəhbərləri kimi bacarıqsızdırlar. Yadınıza salın, bu yaxınlarda sağlam adamlarda virusun olması barədə analizlərin nəticələrinin səhv elan edilməsi üzə çıxdı və Ramin Bayramlı şəxsən Azərbaycan ictimaiyyətindən üzr istədi.
Əcəbdir, vallah, sən insanların taleyi ilə oyna, onları mənəvi, psixi əzaba düçar eylə, sonra da çıx üzr istə. Nədir bu, oyun-oyuncaqdır, insan taleyi?
R.Bayramlı başqa bacarıqlı həkimlərin onun işinə qarışmaması üçün çox incə bir ustalıqla Səhiyyə Nazirliyini, Tibb Universitetini, Gömrük Hospitalının rəhbər heyətini, bir sözlə, bütün həkimləri, tibb personallarını və tibbi ictimaiyyəti öz əleyhinə qaldıra bildi. Artıq həkimlər özlərinin “Facebook” səhifələrində açıq mətnlə Ramin Bayramlının əleyhinə konkret faktlarla yazmağa başladılar.
İkihakimiyyətliliyin Ramin Bayramlı variantı...
...Səhiyyə sistemində Ramin Bayramlının timsalında ikihakimiyyətliliyin yaranması göz önündədir. Artıq Səhiyyə Naziliyinin bir çox funksiyaları TƏBİB-in ixtiyarına verilib. Təsəvvür edin, səhiyyə naziri kimi Oqtay Şirəliyev yerində ola-ola, Mərkəzi Klinik Xəstəxanaya baş həkimi Ramin Bayramlı təyin edir. Koronavirus dövründə bu ikihakimiyyətlilik daha da gücləndi.
Əlbəttə, deyə bilmərik ki, Ramin Bayramlının qanunsuzluqları və “maxinasiyaları” barədə Prezident cənab İlham Əliyev tam məlumatlıdır. Ancaq təzə işə başlayanda dövlət başçısı onu bir balaca təriflədiyindən R.Bayramlını hələlik işindən uzaqlaşdırmaq istəmirlər. Amma bu çox qısa zaman məsələsidir. Çünki R.Bayramlının pandemiya dövründə yanlış və qanunsuz qərarları ilə Azərbaycan iqtisadiyyatını çökdürdüyünü və əhalini ac-yalavac qoyduğunu artıq hamı bilir. Hazırda ən ideal variant TƏBİB-in Səhiyyə Naziliyinə birləşdirilməsidir. Çünki TƏBİB tibbi sığorta pulu yığan Dövlət Sığorta Agentliyinin bir şöbəsidir. O da maraqlıdır ki, tibbi sığorta üçün yığılan pulların taleyini Dövlət Sığorta Agentliyi TƏBİB-ə həvalə edib. Bunun üstündə Ramin Bayramlı, hətta birbaşa rəhbəri olan Dövlət Sığorta Agentliyinin direktoru Zaur Əliyevlə də mübahisə edib. Buna görə də R. Bayramlını ambisiyalarına, maneralarına və bəzi hərəkətlərinə görə keçmiş səhiyyə naziri Əli İnsanova bənzədiblər. Amma bilik, savadına və tanınma dairəsinə görə, R.Bayramlı Əli İnsanovun yanından belə keçə bilməz. İndi Əli İnsanovu qoyaq bir kənara və başlayaq, özgənin pulunu saymaq qəbahət olsa da, Ramin Bayramlının “pulunu” saymağa. Amma nəzərə alaq ki, bu pullar Ramin Bayramlının şəxsi yox, atdığı yersiz və təhlükəli qərarları ilə müxtəlif yollarla dövlətin büdcəsindən qopardığı milyonlardır. İndi açıqlayacağımız rəqəmlərdən hamıya aydın olacaq ki, karantin rejimi başqa ölkələrdə aradan qaldırıldığı halda, niyə bizdə hələ də davam edir?
SOCAR-ın təkcə 6 ayda işçilərinin testinə görə TƏBİB-ə ödədiyi 100 milyonlar...
Bildiyimiz kimi, Ramin Bayramlının qoyduğu qaydalar əsasında bütün idarə və müəssisələrdə hər bir işçi ayda iki dəfə, yəni hər 14 gündən bir koronavirusun olub-olmaması üçün testdən keçməlidir. Məsələn, SOCAR-ın 50 min işçisi var. Testlərin qiymətini isə gah 10, gah 20, gah da 30 manat deyirlər. Biz sonuncu 30 manatlıq rəqəmi götürək. Ancaq TƏBİB-də həmin 30 manatlıq testin biri 120 manata edilir. Niyəsini sonra izah edəcəyik.
Beləliklə, TƏBİB-ə ayda iki dəfə bir işçiyə görə 240 manat test pulu ödənilir. Ölkəmizdə 6 aydır karantin rejiminin davam etdiyini nəzərə alsaq, 1 ayda olan 240 manatı vuraq 50 min işçiyə, alınır 12 milyon manat. Onu da vuraq 6 aylıq karantinə, bu da eləyir 72 milyon manat. Deməli, 6 ay ərzində təkcə SOCAR TƏBİB-ə təxminən 72 milyon manat pul köçürüb. Nəzərə alın ki, bu dənizdə çalışan, dənizdə boğulan... neftçilərin çıxardığı neftin pullarıdır!!!
***
Necədir sizin üçün? 6 ayda az qala 72 milyon manatdan çox pulu hansı idarə, müəssisə, özəl şirkət, firma qazana bilər? Özü də heç bir istehsal sahəsi yox, qazandığı pullardan vergi ödəmə yox, “uçaskovusu”, “sanepidstansiyası”, “pajarniki” yox, eləcə oturduğu yerdə milyonlar başına tökülür. Hələ biz təkcə SOCAR-ın timsalında bunu göstərdik. Azərbaycanda nə qədər idarə, müəssisə, şirkət, firmalar, özəl sektorlar, ticarət obyektləri, restoran, kafelər, nazirliklər, icra hakimiyyətləri var... Və onların da bütövlükdə yüz minlərlə işçilərinin ayda iki dəfə testdən keçməsi və ödənilən o 240 manatı və onun da 6 ayına vurulmuş cəmindən yaranan milyardları hesablamağa kalikulyatorun da gücü çatmaz, hirsindən-hikkəsindən tüstülənib yanar.
İndi özünüz təsəvvür edin, bu qədər milyardlara 6 ay ərzində sahib olan bir adam karantin rejimini ləğv edərmi? Biz onu da demirik ki, hamı yalnız Ramin Bayramlının kurasiyasında olan tibbi laborator müəssislərdə müayinədən keçməlidir, başqa yardə olmaz!!!
Hələ Ramin Bayramlının qazancı bununla bitmir. Yoxlama zamanı testi pozitiv çıxanlar 20 gün ərzində ən aşağısı 500 manatlıq iynə- dərman alırlar. Bundan əlavə, Çindən gətirilərək, vaxtilə 5 qəpiyə satılan, indi isə öz ölkəmizdə istehsal olunan maska 30 qəpikdən satılır. Daha sonra bunun üstünə gələk tibbi dezinfeksiya vasitələrini və əlcəkləri. Deyəsən, alınan rəqəmlərdən redaksiyanın da kompüteri tüstülənməyə başladı.
***
İnanırıq ki, bizim bu araşdırma yazımızda göstərilən faktlar ən yuxarı dairələrin diqqətini çəkəcək, süni yaradılmış qurum olan TƏBİB-in fəaliyyətinə son qoyulacaq və ölkə iqtisadiyyatına milyardlarla manat zərər vurduğuna, əhalini koronavirus adı ilə qorxudaraq, maddi, mənəvi, psixoloji zərbələr vurduğuna görə Ramin Bayramlının fəaliyyəti yoxlanılacaq və məsuliyyəti müəyyənləşdiriləcək.
(Davamı var) //tezadlar.az//
Tarix: 12-08-2020, 07:34
-
Bu gün, 12:57
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir
-
Bu gün, 10:17
Kəmaləddin Qafarovun şirkəti cərimə edilir
-
Bu gün, 10:15
Deputat hər maşından 10 manat vergi tutulsun deyir, bəlkə özləri hər ay maaşından 500 manat vergi ödəsin?
-
Dünən, 21:45
Şok Şok:Bərdə avtovağzal, ticarət mərkəzi və mal bazarında vergidən yayınma halları mövcuddur
-
Dünən, 14:52
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
-
Dünən, 14:49
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
-
Dünən, 14:30
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
-
24-11-2024, 11:22
PENSİYALARA DAİR “HUMANİST MİNNƏT”... - Və ya “çox humanist” pensiya sistemimizdən pensiyaçılar niyə narazıdır?
-
23-11-2024, 22:33
"Dollar Cavid” haqqında yazılan məqalələr saytlardan yoxa çıxır: Tanrının, yoxsa pulun möcüzəsi?
-
23-11-2024, 12:48
"Azernuts"ı cərimə gözləyir
-
23-11-2024, 09:11
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
-
20-11-2024, 12:40
Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
-
20-11-2024, 11:07
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
-
20-11-2024, 10:52
COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
-
20-11-2024, 10:51
Məmurlar varlanır, müavinət 1 manat artırılır - Gələcəyin əsgəri üçün...
-
20-11-2024, 10:50
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
-
19-11-2024, 20:33
Ahıl ana ölkə rəhbərliyindən kömək istəyir: “Mənim oğlumu dələduz məmurlardan qoruyun”
-
19-11-2024, 11:47
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
-
15-11-2024, 15:00
"Bu binadan ev alan 100 dəfə düşünsün..." “Greenville Residence”
-
15-11-2024, 14:14
Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI... - BU NƏDİ BELƏ?..
-
15-11-2024, 14:11
Məhkəmə “Avrora” şirkəti ilə bağlı cərimə qərarı çıxardı
-
15-11-2024, 10:03
“Şaurma N 1″ restoranının şəriki Aqil Babayevin işində DTX araşdırması!
-
11-11-2024, 12:58
Ukrayna orudusu Donetskdə hücuma başlayıb: mövqelərin bəziləri geri qaytarılıb
-
11-11-2024, 11:44
Yoldaş İsayev bununla nə demək istəyir ki?.. - SAĞ OL SƏNİ...
-
6-11-2024, 22:20
Vahid Ələkbərovun "Yelo Bank"ından Bayrağımıza laqeydlik - Görürlər, yerdən götürmürlər...
-
6-11-2024, 22:04
Tərtərdə 1 milyon 700 min manatlıq korrupsiya - 4 icra nümayəndəsinə töhmət verilib
-
6-11-2024, 21:59
"Veysəloğlu" içi qurdlu şokolad satır, müştəri PA-ya müraciət etdi
-
6-11-2024, 14:06
Tramp qələbəsini elan etdi: “Tarix yazdıq”
-
6-11-2024, 14:04
9 saylı xüsusi internat məktəbinə XÜSUSİ qəbul qaydası - İDDİA
-
6-11-2024, 13:53
“Gözü çıxan qardaşından” ibrət – Könüllü müdafiə dəstələri