DTX-nin həbs etdiyi general-leytenant Əfqan Nağıyev bəraət alıb? - İDDİA

DTX-nin həbs etdiyi general-leytenant Əfqan Nağıyev bəraət alıb?
DTX-nin həbs etdiyi general-leytenant Əfqan Nağıyev bəraət alaraq işinə dönüb. Bu barədə Azərbaycan 24 saytı məlumat yayıb.

Xəbər verdiyimiz kimi, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Əfqan Nağıyev 13 may 2020-ci il tarixində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində həbs edilmişdi.

Onun barəsində korrupsiya ittihamı ilə 4 aylıq həbs qətiimkan tədbiri seçilmişdi.

Azərbaycan 24-ə daxil olan məlumata görə Əfqan Nağıyev bəraət alaraq DSX-dakı işinə bərpa olunub. Generalın sayta danışan yaxınları məlumatı təsdiq edib.
Tarix: 10-08-2020, 09:40
Xəbəri paylaş



Xəbər lenti