Bakıda tanınan “Caspian İnternational Hospital”-dan növbəti dəfə şikayət daxil olub. Reportyor.info xəbər verir ki, vətəndaş Cavid Mikayılov klinikada övladının dünyaya gəldiyini bildirib.
“Bir gün sonra dedilər ki, uşaqda sarılıq var, hansı ki, əksər yeni doğulan uşaqlarda olur. Nə isə məsləhət gördülər ki, küvəzə qoyaq, razılaşdıq. Bir günü 120 manat…
Səhər zəng vurdum ümumi şöbəyə, dedim bəs nə qədər xərcimiz olacaq, indidən işimi bilim, ona uyğun gəlim, oradakı “ağıllı” xanım dedi ki, 200-250 götürün üstünüzdə.
Getmişik övladımı oradan götürməyə, xəzinəyə yaxınlaşdım ki, bəs nə qədər edir ödənilməli məbləğ? 1-ci qayıtdı ki, körpənin anasının da borcu qalıb 1000 AZN, başımdan tüstü çıxdı.
Dedim axı hələ doğuşa girməmişdən ödənişi etmişik. Dedi bağışlayın, sistemə indi düşdü. Lənət şeytana dedim. Sonra xanım qayıtdı ki, bəs körpəyə görə əlavə 287 AZN ödəməlisiniz. 2ci dəfə beynim error verdi.
Dedim açıqlamasını verin baxım, yalandan özlərindən əlavə 80 AZN artıq yazıblar. (Neontaloji şöbədə 1 çarpayı günü) Səsimi atdım başıma, dedim çağır bura onu yazanı. Dedi indi danışıram, dəyişəcəklər məbləği”, – deyə Mikayılov bildirib.
Şikayətçi qeyd edib ki, artıq yazıldığı etiraf edilib: “Dedim səhv olurdusa 287 yox, 187 yazardı da…Bilmədi nə desin. Dəyişdilər 207 AZN elədilər. Hələ o 207 AZN-in içindəkilər də artıq idi, sadəcə körpəyə görə dərinə getmədim. Görün bunlar necə alçaq, şərəfsizdilər ki, qəsdən artıq yazırlar, bəlkə kimsə fikir verməz deyə.
Buradan ora doğumla bağlı gedəcək olan ailələrə məsləhətim, ilk nöbvədə körpədə sarılıqla bağlı sizi qorxuzsalar da o qədər də ciddi səbəb deyil, çünki bütün körpələrdə olur.
2-ci də çıxışda qiymətə məbləğə ciddi fikir verin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ölçü götürün bir zəhmət. Amma çətin. Çünki elə problemlər ən 1cu sizin qurumdan başlayır”.
Tarix: 8-08-2020, 14:49