“Bu ölkədə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev xüsusi imtiyazlı adamlardır? Deyirlər ki, ehtiyatlı ol, səni öldürtdürərlər. Adil Vəliyev Sabunçu rayonunun bütün yaşıllıqlarını məhv elədi. Ya villalar tikilməsi üçün satdı, ya da öz malı kimi tutdu. Əvvəl Şəhrizad parkı idi, indi də Adil Vəliyevin şəxsi, yəni pullu uşaq bağçası olub. Neftçilər metrosundan Əhmədliyə qədər yaşıllıq idi. İndi isə hər yer obyektdir”.Yenicag.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov sosial şəbəkədə etdiyi videomüraciətdə səsləndirib.
Aslan İsmayılov bildirib ki, bu iki şəxs ölkədə heç bir qərarı, heç bir qaydanı tanımırlar. Onlar istədikləri kimi davranırlar.
Hüquqşünas qeyd edib ki, onlar nəinki öz sahələrinə, hətta nazirliklərə də təsir edə bilirlər. Belə ki, Təhsil nazirliyinin Sumqayıt şəhərinə Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin etdiyi şəxsi Zakir Fərəcov qəbul etməyib. Nazirlik məcbur olaraq həmin şəxsi Abşeron rayonunda yerləşən məktəblərdən birinə məktəbə direktoru təyin edib. Ancaq mətbuatda Zakir Fərəcovun adamı kimi tanınan, hətta Zakir Fərəcovun istəyi ilə Abşeron rayon İcra Hakimiyyətinə başçı vəzifəsinə təyin edilən İradə Gülməmmədova məktəb direktorunu işləməyə icazə vermir.
Aslan İsmayılov bildirib ki, 4 aydan çoxdur ki, məktəb direktorunu İradə Gülməmmədova işə çıxmağa imkan vermir.
Video Oynadıcı
Tarix: 6-08-2020, 21:35