"İndi guya sms icazəni ləğv elədiz ki, evdən rahat çıxa bilək? Hara gedə bilərik ki?".
Pravda.az-ın xəbərinə görə, bunu müğənni Elnarə Xəlilova deyib.
"Kafe yox, mağaza yox, rayona yol yox, şəhəri dolaşmağa çıxaq? Məgər biz ev heyvanıyıq, siz də sahibimiz? Qeydiyyatla və maska ilə soyuq havada dənizə icazə vermisiz, başımıza dəysin. İcazəni də elə vermisiz ki, heç kəs heç nə etmək istəmir. Ha vurub toplayırıq ki, hara gedək, nə edək, ağlımıza heç nə gəlmir. Bu gedişlə toylara da məhərrəm ayında icazə verərsiz ki, heç kəs yenə də toy edə bilməsin" - o qeyd edib.
Tarix: 4-08-2020, 16:59