"Dənizdə çimmək də onlayn olsun. Hər kəs internetə daxil olub, qeydiyyatdan keçsin. Səhifədə Xəzər dənizi, lap belə Sakit okean açılsın".
Pravda.az-ın xəbərinə görə, belə ironik təkliflə Milli Məclisin deputatı Razi Nurullayev çıxış edib.
"Vətəndaşlar gözlərini yumub dənizi canlandırsınlar, hesab etsinlər ki, dənizdə üzürlər, sonra da çıxıb qumda uzanırlar. Elə kompüterin qabağında çimərlik paltarında dayansınlar, günəşdən yanmamaq üçün krem də sürtsünlər bədənlərinə. Təəccüblənirsiniz? Niyə? Onlayn qurban kəsə bilirsiniz, onlayn çimə bilmirsiniz? Naşükür olmayın!" - R.Nurullayev qeyd edib.
Tarix: 3-08-2020, 20:38