“Görün, kişilik meyarları nə qədər yüngülləşib ki..."






“50 ildir belələrindən yazıram, axırlarına çıxa bilmirəm. Belə getsə, onlar mənim axırıma çıxacaqlar! Çünki azalmaq əvəzinə, pərpətöyün toxumu kimi getdikcə artırlar!”

Bunu Moderator.az-a açıqlamasında yazıçı Xeyrəddin Qoca deyib. O, hələ də insanların əksəriyyətinin savadsız olduğunu bildirib:

“Qarışıqdır hələlik millətin istedadı... Böyük Sabirin bu misrası hələ yüz illər öz məna yükünü itirməyəcək! Millətimizin içərisində nə qədər savadsız, cahil insanlar var, o qədər də qanı qarışıqlar var! Həm də hər sahədə bunlar meydan sulayırlar... 50 ildir belələrindən yazıram, axırlarına çıxa bilmirəm. Belə getsə, onlar mənim axırıma çıxacaqlar! Çünki azalmaq əvəzinə, pərpətöyün toxumu kimi getdikcə artırlar! Görün, nə vəziyyətdir ki, ölkəmizdə hələ savadlı ərizə yazan bir insana rast gəlməmişəm! "Yazıb, sizdən xahiş edirəm ki..." sözlərini yazmaq 5 səhv buraxmaq deməkdir! Adi ərizədə 30-35 səhv buraxırlar!... Bu haqda televiziyalarda, qəzetlərdə, nəhayət kitabda yazdığım üçün fikrimi uzun-uzadı açıqlamağa ehtiyac duymuram. Bircə onu demək istəyirəm ki, kim savadlı ərizə yaza bilirsə (bəzi dilçilərdən başqa...) çıxsın ortalığa, sübut etsin ki, mən səhv danışıram!.. Bu dərəcədə savadsızlıq bütün sahələrdə hökm sürdüyündən, keçirəm bu svadsızların çalışdığı reklam sahəsinə! 

Bəri başdan onu deyim ki, 50 ildə bircə dənə savadlı reklama rast gəlməmişəm! Bu reklam sahəsində çalışanların savadsız olduqlarının göstəricisidir! Tək bir reklam haqqında sosial mediada yazdığım tənqidi fikrə yüzlərlə rəy almışam. Yeri gəlmişkən, deyim ki, belə səviyyəsiz, şit, əttökən reklamlar televiziyalarda hər gün nümayiş etdirilir!.. "Kişidən kişi qoxusu gələr.." Fikirləşirəm ki, bu fikri ilk dəfə nə vaxt, kim üfunətli ağzından çıxarıb? Axı, bu "kişi qoxusu" nə olan şeydir? Bu haqda bir neçə rəyi nəzərə çatdırıram: " Tanrı kişiləri "kişiyəm" deyənlərdən qorusun!" "Bir zəncinin daşı düşsün o reklamı televiziyalarda göstərilməsinə icazə verənlərin təpəsinə!" ""Bu şərəfsizlikdir! Biqeyrət TV kanalları görün, nələr edirlər?!" "Çox iyrənc bir reklam!" "Qarabağlılar demişkən, "əzginiş", düşük!" "Bu reklamı verən televiziyalara lənət!" "Bəs zəncinin altında "Qırat", "Dürat" nədir? "Reklam nə dərəcədə səviyyəsizdirsə, onu nümayiş etdirənlər də o dərəcədə səviyyəsizdirlər!" "O reklamı hazırlayanlar özləri də elə "kişilərdir!.." Belə rəylər gəlməkdə davam edir. Sanki, ən savadsız adamları seçib, reklam işinə götürüblər! Daha televiziya tamaşaçılarında əsəb, dözüm qalmayıb! İnsanlar özlərini saxlaya bilməyib soruşmaq istəyirlər: "Utanmırsınız? Ayıb deyil?!" Mənim 30-40 il bundan əvvəl yazdığım bir fikrimi hörmətli oxuculara çatdırmaq istəyirəm: "Qadınlar qarşısında "kişiyəm" deyib, qürrələnən "kişilər" kişi deyillər! Hamı görür də qadın deyilsən! Nəyi sübut etmək istəyirsən? Belə danışan "kişilərin" ya ailəsində, ya da özündə nə isə çatmır!.. Görün, kişilik meyarları nə qədər yüngülləşib ki, efirdə uzun müddət belə bir reklam verdilər: "Prostomol! "Kişi ol!" Prostomolla kişi olmaq olar? Və yaxud, "Kişiliyini sübut et!" Tamaşaçılar da maraqla baxırlar ki, necə? Biri tapançadan atəş açıb, gülləni bir dairədən keçirir, olur "əsil kişi!" Başqa bir reklama görə, kişilərin ağlını başından çıxarmağın bir yolu varmış: "Naz -qəmzənizlə kişilərin ağlını başından çıxarın. Bəzənin, düzənin!" Belə qadınlardan soruşmaq lazımdır: Kişilərin ağlını başından çıxarmaq sizin nəyinizə lazımdır? Ekranda reklam gedir: Dənizin sahilində oğlanla qız çimərlik paltarında uzanıblar. "Həzz dəqiqələri cənnəti xatırladlr. Həzz dəqiqələrində “Baunti” yeyin..." Heç dəxli var? Görürsünüz, budur kişilik meyarlarına baxış! Onun üçün də "mən kişiyəm" deyənlər çoxalıb! Biz də "həzz dəqiqələrində belə yazılar yazırıq…”

Vasif Əlihüseyn
Tarix: 31-07-2020, 15:19
Xəbəri paylaş



Xəbər lenti