"Mirşahinə nə deyirsiniz, necə söyürsünüz, nə cür təhqir edirsiniz, o da sizə necə, nə cür, hansı səviyyədə cavab verir, öz işinizdir. Amma hər dəfə ağzın açanda ona Cəlal Əliyevin sözləri ilə cavab vermək kökündən yanlışdır və cəmiyyətin hadisələrə kor-koranə münasibətini göstərir".Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Kəramət Böyükçöl deyib.
"Mirşahinə o sözü ədalət, demokratiya davası aparan, mübariz, haqq sözünü dediyinə görə ömrünü həbsxanalarda çürüdən bir adam desəydi, hə, hər dəfə xatırlamağa dəyərdi. Amma nəzərə alanda ki, bu sözü Mirşahinə Heydər Əliyevin qardaşı deyib və özü də ona görə deyib ki, Mirşahin o vaxt Cəlal Əliyevi sərt tənqid edirdi və "Hesabat" jurnalında başda Cəlal Əliyev olmaqla korrupsionerlərin siyahısını vermişdi, daha onu Cəlal Əliyevin sözü ilə vurmaq nə deməkdir? Axı Cəlal Əliyev onu düz danışdığına görə təhqir etmişdi. Mirşahini söymək istəyirsinizsə başqa o qədər söz var, Cəlal Əliyevə niyə istinad edirsiniz? Nə demək istədiyimi anlada bildimmi?" - K.Böyükçöl qeyd edib.
Tarix: 27-07-2020, 07:41