“Fəxri adlar Sovet dövründə, kommunist kolxoz formasiyasında icad olunmuş və bəlkə də məntiqi olan bir şey idi. Çünki o zaman müğənnilər, aktyorlar və digər sənət adamları birmənalı olaraq ideoloji təbliğatın elementi idilər, heç bir kommersiya məqsədləri, həmçinin müstəqil yaradıcılıq fəaliyyətləri yox idi”. Bunu Moderator.az-a açıqlamasında tanınmış aparıcı Turan İbrahimov deyib. Aparıcı teatrda fəaliyyət göstərən aktyorlarımız istisna olmaqla, müğənnilərə fəxri ad verilməsinin əleyhinə olduğunu bildirib: “Fəxri adları da dövlət məhz stimulverici rıçaq kimi istifadə edirdi. İndi isə tam başqa dövrdə yaşayırıq, xüsusi ilə də müğənnilərin, o müğənnilərin ki, fəaliyyətləri sırf kommersiya maraqları üçün qurulub. Toy tutmaq uğrunda çalışırlar, onlara fəxri adlar qətiyyən düşmür və yaraşmır. Mən ümumilikdə fəxri adların verilməsinin tərəfdarı deyiləm. Yalnız teatırlarımızda çalışan aktyorlara, əsl sənətlə məşğul olan sənətçilərə müstəsna hallarda bu adların verilməsini istəyərdim”.
Neqativ.com
Tarix: 1-12-2021, 08:53