“Yatırıq, səhər durub görürük ki, Tarif Şurası qiymətləri qaldırıb, buna görə də toylar azalıb”


“Yatırıq, səhər durub görürük ki, Tarif Şurası qiymətləri qaldırıb, buna görə də toylar azalıb”
“Pandemiya bir çox sahələrə ziyan vurdu, amma mədəniyyət sahəsini iflic etdi. 
Çünki teatrlarımız, konsert zallarımız fəaliyyətlərini dayandırdılar, efirlərə məhdudiyyətlərlə gəlib-getdik. Toylar, şou-proqramlar olmadı və bilirsiniz ki, bunlar olmadığı təqdirdə müğənninin qazancı sıfra bərabərdir. Biz iflic vəziyyətinə düşdük. Bu gün nisbətən xəstəlik azalıb və toylara icazə veriblər. Amma bununla belə yenə də işığın, benzinin, suyun, qazın qiyməti qalxıb. Bu səbəbə görə şadlıq evlərindəki menyunun da qiyməti yüksəkdir. Bu da hər adamın büdcəsinə uyğun olmadığı üçün toy etmir. Bəzi müğənnilərimiz artıq restoranlarda çalışmağa başlayıblar. Mən özüm də kiçik bir heyətlə orada çıxış edirəm”
 
Bunu Moderator.az-a açıqlamasında müğənni Nazim Pişiyarı (Faytonçu) deyib. O daha sonra əlavə edib.“Biri var ki, sən öncədən biləsən ki, filan vaxtı filan şeyin qiyməti artacaq. Biz yatırıq, səhər durub görürük ki, tarif şurası benzinin, suyun, qazın, işığın qiymətini qaldırıb. Yanacağın qiyməti qalxıbsa deməli hər şeyin qiyməti qalxıb. Toylarının az olmasının səbəbi qiymətlərin bahalaşması ilə bağlıdır. “Rasxod” eynidir, amma qiyməti qaldırıblar. Əvvəl 300 manata evə edilən bazarlıq, bu gün 700-800 manata başa gəlir. İnanın Allaha, pandemiyada banka borcu olan sənət dostlarımı düşünürdüm ki, görəsən onlar nə edirlər? Borclarını necə ödəyirlər? Pandemiya məni qənaətcil olmağı, pulumuzun qədrini bilməyi öyrətdi” deyə müğənni Nazim bildirib.

Tarix: 11-11-2021, 08:48
Xəbəri paylaş



Xəbər lenti