“Kimin adamı varsa fəxri adı da o alır” - Buna niyə nəzarət yoxdu?

“Deyəcəyəm aparıcılara bu gündən məni efirdə fəxri adımla təqdim etməsinlər, çünki utanıram. Məni daha həyatda təəccübləndirən bir şey yoxdur, heç nəyin marağı yoxdur mənim üçün. Xalq artisti fəxri adı mənim haqqım idi, mən toydan səhnəyə gəlməmişəm, lazım olanda səhnədən toya getmişəm. Sırf toy müğənnisi olmamışam. Getdiyim toylar dönüb konsert olub. Mən görən sənətkarları daha heç kim görə bilməyəcək. Onlar artıq gəlib-getdilər. Nazirlərin ailələrindəki toyların 99 faizini mənimlə Akif İslamzadə oxuyub. Bilmirəm ki, niyə məni görmürlər?! Tələbələrim xalq artistidir, mən isə əməkdar. Bu nə dərəcədə doğrudur? Mən heç vaxt ad-san üçün, villa üçün, bər-bəzəkli donlar üçün oxumamışam”
Bakupost.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, sevilən müğənni Firuzə İbadova deyib. O daha sonra əlavə edib.
“Kimin adamı varsa fəxri adı da o alır. Fəxri ad almaq üçün oxumaq lazım deyil, elə ağzını aç, yum sənə ad verəcəklər. Zəmanə açıq-saçıq geyinən, səhnə mədəniyyəti bilməyənlərindir. Mən nə telefonlara baxmıram, nə də sosial şəbəkələrə. Bu gün mənə dedilər ki, jurnalist Vüqar İmanov sənin haqda bir status yazıb ki, Firuzə İbadova çoxdan xalq artisti olmalı idi. Mənim o şəxsə çox böyük hörmətim var. Ona deyin ki, öpürəm əllərindən. Sevənlərim ildən-ilə artır, bunu mən dana bilmərəm. Necə asan oldu əməkdar artist, xalq artisti fəxri adlarını almaq?! Azərbaycan dilində təmiz danışa bilməyən adama əməkdar artist fəxri adı verirsiniz! Utanmırsınız? Niyə bunlara nəzarət edən yoxdur? Dəfələrlə prezidentə məktub yazmışam, heç biri gedib ünvana çatmayıb. Bizim məktublarımızı prezidentdən gizlədirlər, bilmirəm məqsədləri nədir?! Bu dünyanın gedişinə məəttəl qalmışam! Yerimiz səhv düşüb, bundan böyük faciə ola bilməz! Röya Ayxan bir dəfə canlı efirdə dedi ki, Firuzə İbadova mənimlə üz-üzə gələndə mən çaşıram, utanıram. Çünki o zaman Röya da əməkdar artist fəxri adını almışdı. Mənim indi 67 yaşım var, toya gedən vaxtımdır? Yaxşı, bəs toya getməsəm necə dolanaram? Bir deputatımız da tutub milyonluq bağımı əlimdən aldı. 30 kvadratlıq evdə necə yaşayıramsa, bunu bir Allah bilir. İndinin özündə də əziyyət çəkirəm! İştirak etmədiyim dövlət tədbiri, kolxoz, sovxoz qalmayıb. İsti-soyuq bilmədən kənd bə kənd gəzib dolanmışıq, insanların üzündə təbəssüm yaratmışıq. Biz gedib əziyyət çəkməliyik, onlar da uşaq-muşağa ad verməlidirlər? Vallah ayıbdır, günahdır! Allah göydən baxır!. Olmayan işgəncələri verib bizi sənətdən küsdürdülər” deyə əməkdar artist bildirib.
Tarix: 17-10-2021, 11:59
-
Dünən, 23:20
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxundu
-
Dünən, 23:18
ABŞ və İran arasında əldə olunan 14 maddəlik anlaşma memorandumunun MƏTNİ
-
Dünən, 22:48
"Mənsiz İsrail olmazdı" bəyanatı mübahisə yaratdı: ABŞ səfiri və israilli nazir Trampa cavab verdi" - İsrail mətbuatı
-
Dünən, 18:08
Məşhur deputatın ailəsinə 2.5 milyonluq zərbə! Əmlakları əldən gedir...
-
Dünən, 18:03
Təcili Tibbi Yardım Mərkəzində kütləvi ixtisar: Yeni rəhbər işçilərə ərizə yazdırır-FOTO
-
Dünən, 17:46
Turistlər Azərbaycana ona görə gəlmirlər ki: - Bilet baha, yol bağlı...
-
Dünən, 17:45
Partiya sədrindən deputata SƏRT TƏPKİ: . - Elə sözlər dedi ki..
-
Dünən, 12:18
“Sahil-S İnşaat” MTK-nın yeni sədri də axtarışa verildi
-
Dünən, 11:55
Ölüm ayağında olan xəstəyə təcili tibbi yardım maşını ayrılmır - TƏBİB-in yeni sədrinə müraciət
-
Dünən, 11:53
Beş ayda 0 artım – İqtisadi inkişaf niyə yoxdur?
-
Dünən, 11:45
İcra başçısı şəhidin məhəlləsini yarımçıq asfaltladı – Fotolar
-
Dünən, 10:11
Azay Möhnətovla bağlı qalmaqal davam edir:Zərərçəkmişin konpensasiyası ödənilmir
-
16-06-2026, 22:51
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı
-
16-06-2026, 22:51
Gömrük Komitəsi büdcə öhdəliyini niyə yerinə yetirə bilməyib? - SƏBƏB
-
16-06-2026, 22:50
Şəxsi Maraqların “Qara Siyahısı və ya Qənirə Ataşovanın Amerika Dönüşü və Diplomsuz “Dermatoloq” Vəfa Cəlilova Müəmması
-
16-06-2026, 22:50
Daha "Ləzzət" də LƏZZƏT ELƏMİR - GİLEY
-
16-06-2026, 18:07
ABŞ-İran sazişi: ziddiyyətlər və reallıqlar
-
16-06-2026, 18:02
Zelenski Moskvaya Putinlə görüşə getməkdən imtina edib: Biz oyun oynamırıq
-
16-06-2026, 17:55
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı – Şikayət
-
16-06-2026, 17:53
Azərbaycanda həkim çatışmazlığı: Bölgələrdə vəziyyət necədir? - VİDEO
-
16-06-2026, 17:39
“Estemol Saç Vitamin Mərkəzi“ külli miqdarda cərimələndi - Əkilən saç çıxmayıb
-
16-06-2026, 16:42
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib
-
16-06-2026, 16:36
Köhnə başçının NƏSİMİ MACƏRALARI... - Bunu bir araşdıran olsa...
-
16-06-2026, 10:44
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq - BUNDAN SONRA...
-
16-06-2026, 10:06
Netanyahu: İranın nüvə silahı olmayacaq
-
15-06-2026, 18:23
Masazırda evlər hələ də su altında qalıb - ADSEA problemi aradan qaldırmır - İnsanlar bezib... - FOTO
-
15-06-2026, 18:18
Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
-
15-06-2026, 12:02
Qubada kəndin örüş sahələri satılır? - VİDEO
-
15-06-2026, 11:08
AZAL Naxçıvan aeroportunda ajiotaj yaradıb- VİDEO
-
15-06-2026, 11:07
Paşinyan: Ermənistandan qaçmaq fürsətini xəyal edəcəksiniz, amma bu fürsətiniz olmayacaq