Mətanət İsgəndərlinin keçmiş gəlini: "Mənim balalarımı götürmüsən”



"Mətanət İsgəndərli, sən Allahdan qorx. Məni təhqir edirsən, yalanlar danışırsan ki, mən 10 il sizdə qalmışam. Bunun altından çıxa biləcəksən? İnsan necə yalan danışıb şər-böhtan ata bilər?"
 
Pravda.az xəbər verir ki, bunu Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canan, qayınanasının açıqlamasına cavab verərkən deyib.
 
"Mənim balalarımı götürmüsən, uşaqlarıma psixoloji travma yaşadırsan, evdə köməkçinin ümidinə qoyub gedirsən. Adamın, pulun var deyə zərbələr vurursan. Mənim evim yoxdur deyə, uşaqlarımı əlimdən alacaqsan? Mən balamdan ötəri nə qədər əziyyət çəkdim. Siz atıb Moskvaya getdiniz, ancaq mən onları ayaqda saxladım. Oğluna kimi istəyirsən al, kiminlə istəyir gəzsin. Uşaqlarımı aparır restorana, deyir, sizin yeni ananızdır. Səndə analıq hissi yoxdur. Bəsdirin də məni incitdiniz, hər tərəfdən vurdunuz. Anamın qəbrinə and verirəm ki, mən sənə balalarımı verməyəcəm, onları geri qaytaracam. Özünü güclü sayma, göydə Allah var" – o qeyd edib.
Tarix: 16-10-2021, 08:55
Xəbəri paylaş



Xəbər lenti