Nə Bond, nə də Marvel - Ən gəlirli yeni film Çinin Amerika üzərində zəfərindən bəhs edir - VİDEO

Nə Bond, nə də Marvel - Ən gəlirli yeni film Çinin Amerika üzərində zəfərindən bəhs edir - VİDEO
 
Son bir neçə gün ərzində Çinin yeni hərbi-vətənpərvərlik mövzusunda çəkilmiş “Çosin su anbarı yaxınlığında döyüş” filmi pul gəlirinə görə sonuncu Ceyms  Bond və Marvelin Venom-2” filmlərini arxada qoyub.
 
Moderator.az bildirir ki, bu barədə Britaniyanın “The Times” nəşri yazır. Qəzetin qeyd etdiyi kimi, film Çin qüvvələrinin Koreya müharibəsi zamanı amerikalılar və onların müttəfiqləri üzərində “nadir qələbələrindən” birinə həsr edilib.
 
Son zamanlarda dünyanın ən çox gəlir gətirən yeni film Ceyms Bondun və ya Marvelin kainatın super qəhrəmanlarının macəralarından bəhs etmir - o, Çin qoşunlarının Koreya müharibəsi illərində Amerika üzərində qazandığı “nadir qələbəsindən” bəhs edir.
 
Çin Xalq Respublikası tərəfindən istehsal edilən Çosin su anbarı yaxınlığında döyüş” adlı 3 saatlıq qəhrəmanlıq dastanı Çin xalqının könüllü dəstələri ilə amerikalıların başçılıq etdiyi BMT qüvvələri arasında 17 günlük qarşıdurmaya həsr edilib. Çində cəmi bir istirahət günündə film 203 milyon dollardan çox gəlir gətirərəkbeynəlxalq bazarlarda bilet satışının gəliri 119 milyon dollar təşkil edən bondiananın yeni Ölmək vaxtı deyil” və Marvelin Şimalı Amerikada 90,1 milyon gəlir gətirən Venom-2” filmlərini xeyli arxada qoyub.
 
Çin filmində əsas rolları Ceki Vu adi ilə tanınan U Tsin və ”Qurdlar savaşı” filmi də daxil olmaqla hərbi mövzulu filmlərdəki rolları ilə məşhur olan tanınmış musiqi ifaçısı Cekson İ ifa ediblər. Flmin prodüsserı Yuy Dunun jurnalistlərə verdiyi məlumata görə, ssenari üzərindəki işə 5 il, 7000 nəfərlik çəkiliş heyəti ilə 70 min adamın  kütləvi iştirak etdiyi çəkilişlərə isə 200 gün sərf olunub.
 
“Film üzərində işlərin miqyası və investisiyalar baxımından özümüzü rahatlıqla ən yaxşı Hollivud filmlərinə bərabər hesab edə bilərik. Hər şey çinli rejissorların cəsarəti və daha çox Çin kino bazarına olan böyük inamın sayəsindədir, - deyə U Tsin bildirib. O, amerikalıların öldürülməsini əks etdirən blokbasteri həyatı vəsf edən, evlərini və ölkələrini qorumaq üçün hər şeyi riskə atmağa hazır olan gənc döyüşçülərin hekayəsini göstərən bir film adlandırıb. Qəzet qeyd edir ki, Çində bu müharibəni “Amerika təcavüzünə qarşı müqavimət və Koreya xalqına kömək savaşı” adlandırırlar.
 

 

“The Times”ın  diqqət çəkdiyi kimi, film Çin hökuməti tərəfindən fəal şəkildə dəstəklənir. Dövlət qəzeti olan “Peoples Daily”(Jenmin Jibao) məqalələrinin birində filmin 1950-53-cü illər Koreya müharibəsi  dövründə dəhşətli soyuğa və düşmənin silah üstünlüyünə baxmayaraq, öz mövqelərini qoruyub saxlamağı bacaran Çin döyşçülərindən bəhs etdiyini yazır. Bundan əlavə, Çin nəşri kinoteatrı “Çin xalqı ABŞ-dan qorxmur və heç vaxt da qorxmayıb” hissi ilə tərk edən naməlum bir tamaşaçının sözlərini sitat gətirib: “Film xalq ordusunun alovlu vətənpərvərliyini, partiyaya və xalqa misilsiz sədaqətini nümayiş edərək ABŞ-a qarşı çıxan və Şimali Koreyaya kömək edən müqavimət hərəkatının ruhunu rəngarəng şəkildə təsvir edir”.

 
Britaniya nəşrinin diqqət çəkdiyi kimi, “Çosin su anbarı yaxınlığında döyüş” filmi Pekin və Vaşinqton arasındakı münasibətlərin pisləşməsi fonunda ortaya çıxıb. Son həftələrdə Çin televiziyasında Amerika əleyhinə çoxsaylı filmlər nümayiş olunur və bu istiqamətdə yeni filmlər üzərində iş gedir.
 
Maraqlıdı ki, kinofilmlərin tənqidi şərhləri ilə məşğul olan məşhur Çin saytı “Deep Focus” yeni blokbasterin döyüşün özünü düzgün təsvir edə və tarixi əhəmiyyətini çatdıra bilmədiyini yazıb. Nadir hallarda Pekinə qarşı çıxan tənqidçilər xüsusi effektləri və videomontajı qiymətləndirməyib, personajları, xüsusən də Amerika generallarını və əsgərlərini birtərəfli adlandırıblar. Sayt filmin gətirdiyi maliyyə uğurunun hökumətin səyləri ilə təşkil edilə biləcəyinə işarə edib, çünki çox vaxt dövlət şirkətləri və qurumlarının işçiləri “dövlət maraqları” çərçivəsində bu və ya digər filmi izləmək üçün mərkəzləşdirilmiş şəkildə kinoteatrlara göndərilirlər. Ancaq “The Times”ın yazdığına görə, “Deep Focus”un tənqidi məqaləsi artıq silinib və WeChat messencerində qrupun akkauntu bloklanıb.
 
Çin Xalq Qurtuluş Ordusunun rəsmi qəzeti yeni filmi tənqid edən hər kəsi qınayıb. Nəşrin yazdığına görə, Çinin qələbəsinə şübhə edən insanlar “yenidən ABŞ-ın qorxu və heyranlıq tələsinə düşürlər”.
Tarix: 8-10-2021, 16:31
Xəbəri paylaş



Xəbər lenti