Seyidcahanın obyekt qalmaqalı: Həqiqətən döyülüb, yoxsa iş adamına böhtan atır?


Seyidcahanın obyekt qalmaqalı: Həqiqətən döyülüb, yoxsa iş adamına böhtan atır?Elza Seyidcahan

Əməkdar artist Elza Seyidcahan qızının adına olan obyektlə əlaqədar xeyli vaxtdır ki, qalmaqaldadır. Bəstəkar müğənni və anası Seyidcahan Əhmədova uzun müddətdir bu qalmaqalla əlaqədar məhkəmə yollarındadır.

Bizimyol.info xəbər verir ki, Bakının Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi 75 ünvanında yerləşən ikimərtəbəli qeyri-yaşayış sahəsini “Elit SRS Group” MMC icarəyə götürüb, oranı təmir elətdirdiyini bildirir. Obyektdən çıxmaq üçün ona xərclədiyi pulun ödənilməsini tələb edir.
Əməkdar artist və anası isə bu şirkətin onlara məxsus əmlakı zəbt etdiyini bildirir və oradan çıxmalarını tələb edir.
Tərəflər arasındakı qalmaqal məhkəmə müstəvisinə çıxıb. Bakı Apellyasiya Məhkəməsində iyulun 5-də çıxarılan qətnamədə əmlakın boşaldılması və mülkiyyətçiyə - müğənninin qızı Gülşən Əlisatovaya təhvil verilməsi qeyd olunub. Məhkəmə eyni zamanda, Gülşən Əlisatovanın üzərinə obyektdən çıxarılan şirkətə 58 min 797 manat ödəmək öhdəliyi qoyub.
İki gün əvvəl Elza Seyidcahan və anasının şikayəti əsasında “Elit SRC Group” MMC-nin təsisçisi və direktoru Rüstəm Kərimzadə həbs olunub. Onlar Nəsimi rayonu, 21-ci polis bölməsinə şikayət verərək, şirkət təhbərinin onları itələdiyini, zorakılıq göstərdiyini iddia ediblər. Bundan sonra polis bölməsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə inzibati xəta protokolu tərtib olunub və Rüstəm Kərimzadə məhkəmə qarşısına çıxarılıb. Nəsimi rayon Məhkəməsinin hakimi Elməddin Hüseynov onun 1 aylıq inzibati həbsi barədə qərar çıxarıb.
Vəkil Elçin Sadıqov deyir ki, məhkəmədə Rüstəm Kərimzadənin heç bir vəsatəti təmin olunmayıb. Müdafiəçinin sözlərinə görə, Rüstəm Kərimzadənin müğənni və anasını döyməsi barədə ittiham şər-böhtandır: “Məhkəmə qərarının icrasına mane olmaq, təyin edilmiş vəsaiti ödəməmək üçün Elza Seyidcahan dəfələrlə Kərimzadə Rüstəmə şər-böhtanlar atıb, mətubata yanlış açıqlamalar verib. Bu istiqamətdə növbəti addım da 21-ci polis bölməsinə şikayət edib, Kərimzadə Rüstəmin onu itələdiyini deməsidir”.
Vəkil əlavə edib ki, Rüstəm Kərimzadə ona əsassız həbsinə etiraz olaraq, aclıq aksiyasına başladığını deyib.
Bəstəkar-müğənninin anası, 73 yaşlı Seyidcahan Əhmədovanın vəkili Ramil Rüstəmov isə iddia edir ki, Rüstəm Kərimzadə dəfələrlə sözügedən obyektə gələrək, onları hədələyib. Vəkilin sözlərinə görə, sonuncu dəfə avqustun 2-də səhər saatlarında obyektə gələib, Seyidcahan Əhmədovanı kəsici alətlə hədələyib, şüşələrdə olan 2200 manatlıq reklam banerlərini kəsərək, yararsız hala salıb.
Vəkil vurğulayıb ki, Rüstəm Kərimzadənin inzibati həbsi ilə kifayətlənməyəcəklər, onun barəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 186 (özgə əmlakını zədələmə, məhvetmə) maddələrilə cinayət işi başlanması üçün şikayətçi olacaqlar.
Tarix: 2-10-2021, 17:47
Xəbəri paylaş



Xəbər lenti