Oktyabrdan etibarən Kənan Mahmudovun (M.M) rejissorluq etdiyi “Gecə yarısı” serialı ATV telekanalında nümayiş olunacaq. Yeni mövsümdən tamaşaçıların görüşünə gələn dramatik janrlı serialın rejissoru Kənan M.M Moderator.az-a açıqlamasında yeni layihənin tamaşaçılara ötürdüyü sosial mesajIndan danışdı: “Serialın tamaşaçıya ötürəcəyi sosial mesaj cəmiyyət olaraq önyarğılı olmağımız, başqasının taleyini kənardan müzakirə etməyin nə qədər asan olduğunu göstərməkdir. Hansı ki, həmin taleyi yaşayan insan üçün o qədər də asan deyil. Çünki yaşadığımız taleyi özümüz seçmirik, həyatda bəzi şeylərə məcburuq”.
Rejissor komediya janrının izləyicisinin çox olduğu halda dram janrında serial çəkməyin nə qədər riskli olmasından da danışıb: “Bu yaşıma qədər heç bir zaman dəblə ayaqlaşa bilməmişəm. Bəlkə də problem məndədir. Hətta geyimin, saç düzümünün eyni üslubda dəbdə olduğu müddətdə məndə fərqli olub. Sənətin isə dəbnən əlaqədar olmasının əleyhinəyəm. Bu da cəsarət istəyir ki, sən tamaşaçının istədiyini deyil, öz istədiyini çəkib, tamaşaçıya sevdirə biləsən. Mən bu riski bir neçə il bundan əvvəl etdim. Baxdım ki, burada dəb deyil, zövq məsələsidir.
Bu işdə İlqar Fəhminin də əməyi var. Ona görə də əminliklə deyə bilərəm ki, bu serialda insanları güldürməklə bərabər şüuraltı mesajlar da verəcəyik. Bu cür janrı seçməkdə peşman deyiləm, qoxmuram. Hər halda, tanımadığım yola çıxmaram”.
Tarix: 11-09-2021, 14:56