“Kim mənə zəmanət verəcək ki, vurdurduğum peyvəndin 5-10 ildən sonra hansısa fəsadları olmayacaq?”
Pravda.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan deyib.
Vaksinasiyaya qarşı çıxan ifaçı peyvəndin fəsadları olduğunu iddia edib:
“Bəlkə elə sonda hamımız zombiləşdik? İmkan verin həyatımızı yaşayaq, özümüzün qayğısına qalaq. Əvvəllər vaksinasiyanın məcburi olmadığını bildirdilər. İndi niyə məcburidir? İnanın ki, siz canımızı bizim qədər istəyə bilməzsiniz”.
Tarix: 23-08-2021, 14:44