“Sənət adamları intellektual deyilsə, neyləyək, vuraq öldürək? Əsas odur ki, normal oxusunlar. Aydın məsələdir ki, sənət adamından alimlik tələb etmək olmaz, onun işi oxumaqdır. Elələri var ki, nə oxuya bilir, nə də danışa bilir...
Bunu Moderator.az-a açıqlamasında teleaparıcı Rövşanə Ağasəfqızı deyib. Aparıcının sözlərinə görə hər bir insan dövlətimizin tarixi haqqında lazım olan şeyləri bilməlidir:
“Düşünürəm ki, orta məktəb bilgisinin olması hamıya vacibdir. Müğənni ücün əsas olan səsi ilə ruhumuzu oxşamaqdır, amma sənəti təmsil edən insan xalqımızın mədəniyyəti, tarixi barədə elementar məlumata malik olmalıdır.
Damlanın bir alim adı çəkə bilməməsinə nə deyə bilərəm ki, adam bilmir də. Hesab edirəm ki, çox şeyi bilməmək olar. Amma Lütfizadə, Zərifə Əliyeva,Topçubaşov, Yusif Məmmədəliyevin adını hamı bilməlidir. Bu şükürludür, elələri var himnin müəlliflərini tanımırlar. Hesab edirəm ki, dövlətin atributları haqqında bilməmək ayıbdır. Bu gün Azərbaycan adını doğru-düzgün tələffüz eləyə bilməyənlərə görə dəhşətə gəlirəm. Hamı, o cümlədən sənət adamları da kitab oxumalıdırlar, öz üzərlərində işləməlidirlər. Tək mahnı oxumaqla iş bitmir. Şəxsiyət yalnız oxumaqla formalaşır. Sənətkar hamıya deyirlər, pinəçi də, dərzi də sənətkardır. Amma bir də var ki, baş qatmaqla məşğuldur...Bu insanlar təəssüf ki, bu gün “meydan sulayırlar".
Tarix: 12-08-2021, 22:21