"Bu dövlət tərəfindən verilən bir qərardırsa, bizə də bu qərara hörmət etmək düşər"
İstedadlı aktrisa kimi tanınan, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktrisası, serial və filmlərdə maraqlı obrazların müəllifi olan Gültac Əlili Moderator.az-ın qonağı oldu.
- Karantin günlərini necə keçirirsiniz? Peyvənd vurdurmağı düşünürsünüzmü?
- Peyvənd vurdurmağı düşünürəm. Bu dövlət tərəfindən verilən bir qərardırsa bizə də bu qərara hörmət etmək düşər. Pandemiya dönəmində koronavirusa yoluxduq, sağaldıq, ağır bir dönəmdən keçdik. İndi də peyvəndin vurulma mərhələsindəyik. Taleyimizə nə yazılıbsa onu da yaşayacağıq. Deyirlər mütləq şəkildə peyvənd olunmalıdır.
- Uzun müddətdir səhnədə və tamaşaçılarla canlı ünsiyyətdə olan bir aktrisa üçün səhnəsiz qalmaq nə deməkdir?
- Bu mənim üçün çox acınacaqlı vəziyyətdir. Allah şahiddir ki, bu dönəmi nə qədər ağır keçirdirəm. Teatrsız çökmüş vəziyyətdəyəm. Yaşımın o vaxtıdır ki, indi daha çox çalışmalı, yeni obrazlar yaratmalıyam. Belə bir dönəmdə isə işləyə bilmirik. Bu bizim üçün ağırdır.
- Pandemiyadan sonra səhnəyə çıxandə nə edəcəksiniz?
- Səhnəni öpəcəm.
- Tamaşalarınız olmasa da seriallarda çalışır və maraqlı obrazlar canlandırırsınız.
- Serialın öz yeri, teatrın isə başqa yeri var. Amma teatra olan sevgim, sayğım, məhəbbətim tamamilə başqadır. Səhnəsiz qalmaq çox çətindir. Tamaşaçılardan ayrı qalmaq dözülməzdir.
- Firəngiz Mütəllimova və onun kimi dəyərli sənətkarlar tərəfindən istəkli, sevimli biri olmağı necə bacarırsınız?
- Uzun müddətdir ki, teatrda çalışıram, bu müddət ərzində dəyərli sənətkarlarımızın sevgisini qazanmışamsa bunun özü mənim üçün əzizdir. Xalq artistlərimiz İlham Namiq Kamal, Afaq Bəşirqızı və onlar kimi dünyagörüşlü əfasənəvi sənətkarların sayğısı mənə stimul verir. Onlar mənə böyük sevgi göstərirlər. Hər zaman hər şeyin ən yaxşısına layiq olmağa çalışmışam. Azərbaycan teatrının, kinosunun dəyərli sənətçilərindən bu münasibəti gördükdə isə önümdə fərqli qapılar açılır. Yəni onların etimadı mənim üçün açılmış qapıdır. O insanların haqqımda yüksək fikirlər səsləndirməsi, göstərdikləri övlad qayğısı hər şeyə dəyər. Bu günə qədər öz ayaqlarımın üstündə durmuşam. Ancaq nə qədər sevilməyimə baxmayaraq insanların qərəzi bitmir. Bilirsiniz ki, birmənalı qarşılanan aktrisa olmamışam. Fəaliyyət göstərdikcə, daha çox uğur əldə etdikcə müzakirə obyekti olmuşam. Hələ də məni qəbul etməyənlər var.
- Sizi niyə qəbul etməməyə çalışırlar? Buna səbəb nədir?
- Səbəbini mən də bilmirəm. Bəlkə də mən Hüseynlə ailə qurmasaydım onlar üçün dünyanın ən yaxşı insanı olacaqdım. Amma Hüseyn də əvvəl - axır biri ilə ailə quracaqdı. İnsanlar üçün nə fərqi var ki, Hüseyn Gültacı aldı da, yoxsa başqasını.
- Pandemiya dönəmində xanımların daha çox kilo aldığı bir zamanda siz əksinə fit bədən quruluşuna sahibləndiniz. Buna necə nail oldunuz?
- Pandemiyanın ilkin mərhələsində mən də çox kökəlmişdim. Mətbəxdə şirniyyat və yemək bişirməyi sevirəm. Bir gün güzgünün qarşısına keçdim və gördüm ki, çox kökəlmişəm. Dedim ki, “Gültac sən nə edirsən?”. Teatr açılanda öz “obrazlarımı bu kilo ilə necə oyanacam?” deyə düşündüm. Ondan sonra özümü motivasiya etməyə başladım. Dietoloqum Lamiyə xanımla işə başladıq. Sağlam qidalanır və yürüş edirəm. Nəticəni gördüksə isə özümü daha çox sevirəm.
Tarix: 26-01-2021, 21:37
-
Bu gün, 18:48
LAQEYDLİK, NİFRƏT... - “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”
-
Bu gün, 18:24
İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO
-
Bu gün, 18:14
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət –Yemək iyi bürüyən otaqlarda xəstə qəbul edilir
-
Bu gün, 18:09
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
-
Bu gün, 16:09
Azərbaycan əhalisinin cəmi 4,6 faizi 70 yaş həddini keçir – Pensiya sistemi və real statistika
-
Bu gün, 15:58
Tərtərin hərbi komissarı işdən çıxarıldı
-
Bu gün, 12:05
“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib
-
Bu gün, 11:27
Jurnalistin əməkhaqqı kartı bloklandı - "Bank Respublika" tənqid edildi
-
Bu gün, 11:13
Gizli səs yazısı yayıldığı iddia olunan həkimdən MÜRACİƏT - "Həqiqət ekspertiza, sübut və hüquqla müəyyən olunur!"
-
Bu gün, 09:20
Göyçayda məktəb binası acınacaqlı durumda – VİDEO
-
Bu gün, 08:54
Nərimanov Tibb Mərkəzində bina narazılığı: TƏBİB həkimlərə cavab verdi
-
Dünən, 22:56
Mingəçevir Mərkəzi Xəstəxanası: isti koridorlar, soyuq islahatlar
-
Dünən, 22:29
Eşqi Bağırovun çətiri altında yeni HOQQABAZLIQLAR..
-
Dünən, 14:46
“10 ildir avtomobildən istifadə etmirəm” dedi, bahalı avtomobilləri yenidən gündəm oldu – Fotolar
-
Dünən, 14:44
MÜBAHİSƏLİ QƏRARIN PƏRDƏARXASI... – Deputat bir, ekspert başqa fikirdədir
-
Dünən, 14:37
Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
-
Dünən, 14:07
Mingəçevir icra başçısı şəhərə nəzarət edə bilmir - Vətəndaşlar şikayətçidir
-
Dünən, 14:02
Prezidentin Siyasətinə Zərbə Vuran Məmur: Sultanın Qanunsuzluq Şousuna Kim Dur Deyəcək?
-
Dünən, 11:03
“12 İL NATO BARƏDƏ NAĞILLAR EŞİTDİM...” - Zalujnıdan sensasiyalı açıqlamalar
-
Dünən, 10:58
"Dədə-baba qaydası ilə direktor təyinatı"!: FÖVQƏLMÜDİR QURBAN VERİLİR? -DE-FAKTO
-
Dünən, 10:08
Tuqay meşələri məhv olur: "Kürqırağı fermalar ləğv edilməlidir"
-
Dünən, 09:32
Peşə Təhsili Agentliyi ilə bağlı skandal: Şəxsi münasibətlərlə təyinat aparılıb? - İDDİA
-
Dünən, 09:27
Tanınmış aktyor ADY-dan narazı qaldı: “Yekə adamlarsız”
-
3-08-2026, 23:21
Səhiyyə Nazirliyi vakansiyalarla bağlı məlumat yaydı: İnanmayın!
-
3-08-2026, 22:46
Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur?
-
3-08-2026, 22:44
“Azərsun”un sığındığı professor, mənimsənilən kapital və... - “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat
-
3-08-2026, 22:42
İcra Hakimiyyəti “ərazi satılmayıb” dedi – Bəs gimnaziyanın stadionundakı köşklər niyə götürüldü?
-
3-08-2026, 22:39
Səhiyyə Nazirliyinin tabeliyindəki qurum “Avromed”ə 1.7 milyon ödəyəcək
-
3-08-2026, 22:36
QHT-lərə Dövlət Dəstəyi Agentliyində saxta imza niyə araşdırılmır? -Cavabsız suallar dolu sükut davam edir...
-
3-08-2026, 22:34
117 saylı bağçada "ölü canlar" şəbəkəsi -İDDİA/VİDEO