Şubasını satan, evini hərraca çıxaran, qazan reklamı edən... – Toy müğənnilərinin karantin faciəsi
Koronavirus bütün dünyada olduğu kimi Azərbaycanda da səhnə sənətlərinə ciddi zərbə vurdu. Xüsusilə də həyat şəraitini toylardan gələn gəlirlə təmin edən toy müğənniləri üçün vəziyyət lap qəlizdir.
Toy müğənniləri keçən ilin mart ayından bəri toy səhnəsinə həsrət qalıblar. Məlum məsələdir ki, Azərbaycanda müğənnilər albom satışlarından, rəqəmsal platformalardan gəlir əldə edə bilmirlər. Konsertdən pul qazanmaqdan isə ümumiyyətlə söhbət gedə bilməz. Yəni, vəziyyət belə olduğu zaman musiqidən sırf sənətsal anlamda ciddi gəlir əldə etmək bizim ölkəmizdə mümkün deyil. Odur ki, əksər müğənnilər zamanında sənəti toy səhnələrinə qurban verdilər. Bu gün də sosial şəbəkələrdə ən çox giley-güzar dolu ismarış göndərənlər onlardır.
Musiqi savadı olan, təhsil görən, vaxtında toya çox aludə olmayıb sənəti inkişaf etdirən sənətçilər müəllim, solist olaraq çalışdıqlarından bu gün onlar üçün vəziyyət toy müğənniləri ilə müqayisədə çox da acınacaqlı deyil. Həm də bu adamlar özlərini çox da dəb-dəbəli həyata öyrəşdirməyiblər. İki kitab oxuyub, üç filmə baxıblar, həyatı daha effektiv tərəfdən anlayırlar.
Bu günlərdə bəstəkar-müğənni Elza Seyidcahan mövcud vəziyyətə çox yerində bir şərh verdi. O, dedi:
“Vaxtında sənəti pula satdılar, indi də acından ölürlər”.
Bir qədər sərt səslənsə də, haqlıdır Elza. Ayın 30 günü toy oxuyan, repertuarlarının 80 faizi bəsit mahnılarından ibarət olan müğənnilərin mövcud vəziyyətdən çıxış yolu yoxdur. Zamanında yazdırdıqları “çörək mahnıları” bu gün onlara heç nə qazandırmır. Pandemiyadan əvvəl populyar olan həmin müğənnilər bu gün meydanlarda yoxdur.
Pandemiya əsl ulduzun, əsl sənətkarın kim olduğunu göstərdi. 2020-ci il müğənnilər üçün bir ələk rolunu oynadı. Pandemiya, ardınca da müharibə gündəmi elə zəbt etdi ki, müğənnilərin fotosessiyaları, şəxsi dedi-qoduları ilə gündəmə gəlmək yolunu da bağlanmış oldu.
Müğənnilərin bəziləri İnstaqramda reklamla nəsə qazanmağa çalışırlar. Məsələn, Xatirə İslamı İstaqram səhifəsində hansısa firmanın qazan dəstləri, geyim, yaxud kosmetik vasitələrini reklam edən görürük. Meyxana deyən Samirə şubalarını satışa çıxarıb, taksi sürücüsü kimi fəaliyyət göstərir. Evini, bağını satışa çıxaranları da var. Başqa çıxış yolları da yoxdur. Ortada sənət yox, ciddi yaradıcılıq yox.
Fikir verdinizsə, toy müğənnilərinin tez-bazar yazdırıb lentə aldıqları vətənpərvərlik mahnıları da insanların diqqətini cəlb etmədi. Bir neçə il ərzində ildırım sürətilə əldə etdikləri populyarlığı bir neçə ay ərzində itirdilər. Həm gəlir, həm populyarlıq itkisi onları xeyli aqressivləşdirdi. Günaşırı İnstaqram səhifələrində yayımladıqları videolarda hara və kimə gəldi hücum edirlər. Maddi sıxıntının yaratdığı əsəb pozuntusunun qarşısını heç nə ilə ala bilmirlər.
Karantin başlayandan bir neçə ay sonra müğənni Elnarənin İstagram səhhifəsində həkimləri təhqir edən paylaşımını gördük. Düzdür, sonra peşman olub paylaşımını silib üzürxahlıq etdi, amma hər halda həmin ərəfədə sinir partlayışı yaşadığını görmüş olduq.
Nadir Qafarzadə də psixoloji böhranda olduğunu paylaşım və açıqlamalarında büruzə verir. Toyların yoxluğuna uzun müddət dözə bilməyən Mətanət İsgəndərli artıq neçənci dəfədir karantin qaydalarını pozub gizli məclislərə qatıldığı üçün cərimələnir.
Ona görə də əsl müğənninin musiqi təhsili olmalıdır. Bu gün iki tələbə hazırlayıb öz dolanışığını təmin edə bilərdi.
Vaxtında bunlara zaman ayırmayan müğənnilərin indiki halda bu qədər şikayət və narazılıq etmələrinin mənası yoxdur. İllərdir toylarda yüksək məbləğdə pul alan savadsız, ciddi sənətə dəxli olmayan toy müğənnilərinin səbirlə oturub yenidən toyların başlanmasını gözləməkdən başqa çarəsi yoxdur.
Tarix: 14-01-2021, 16:37
-
Bu gün, 09:45
Abdin Fərzəliyevlə Hacı Məhərrəm “My Beach” restoranının ərazisini genişlədirir - VİDEO
-
Bu gün, 09:39
Deputat Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma
-
Dünən, 23:17
Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar …
-
Dünən, 23:16
Mossad İranda nə etməyi planlaşdırır: Gizli əməliyyatları genişləndirmək və...
-
Dünən, 22:38
Zakir İbrahimovun oğlunun mediadakı arxivi: "Qızıl Oğlan", Şübhəli Tenderlər və "PP" Seriyalı Lüks Həyat
-
Dünən, 22:27
Bakıda mühüm yenilik: Əliyev məsələ qaldırmışdı, ölkənin rolu dəyişdi
-
Dünən, 22:12
Gigiyena və Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü
-
Dünən, 22:07
Əli Əsədovun biznes və tikinti imperiyası...-FOTO/ VİDEO
-
Dünən, 22:06
AAYDA-nın İdarə rəisi niyə təşviş içindədir? - Nazim Eynallı dövlətə xidməti reklama çevirib
-
Dünən, 15:53
Kamaləddin Qafarovun şirkətləri 4 ayda 16 milyonluq tender qazanıb?
-
Dünən, 15:44
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
-
Dünən, 11:34
"DİM dövlətin qurumudur, kiminsə şəxsi müəssisəsi deyil" - İlqar Orucovdan sərt REAKSİYA
-
Dünən, 11:24
13 milyonluq mənfəət, yoxsa 251 milyonluq likvidlik kəsiri? – "AccessBank"-da nə baş verir?
-
Dünən, 11:22
Təhsil sistemində NƏLƏR BAŞ VERİR?.. - İLGİNC İDDİALAR
-
Dünən, 11:12
Şamaxı səhiyyəsində MÖCÜZƏLİ RƏHBƏR - TƏBİB-in köhnə şefi bilirdi... təzə şef də indi BİLDİ!
-
Dünən, 11:08
Tibbi sığorta: KAĞIZ ÜZƏRİNDƏ GÖZƏLDİR... - AMMA REALDA...
-
Dünən, 10:09
“Neqodnı”lar hərbi xidmətə çağırılacaq?
-
Dünən, 10:01
Qərbin sərhədimizdə “yumşaq nəzarət” qərarı - ZİBİLƏ DÜŞMÜŞÜK...
-
Dünən, 08:23
ABŞ ordusu İranla əlaqəli 13 gəminin ələ keçirildiyini açıqlayıb
-
Dünən, 08:21
Bu agentliydə qalmaqallı iclas - Eşqi Bağırovun sərt çıxışı nəyə hesablanıb?
-
Dünən, 08:15
Özünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlanılıb
-
Dünən, 08:08
Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu bir araşdıran olsa... - İLGİNC FAKTLAR...
-
Dünən, 08:07
"Gold Concept Mobilya"nın külli miqdarda borcu var
-
Dünən, 08:03
Səhiyyə sisteminin YAŞ HƏDDİ BƏLASI - BELƏ DAVAM EDƏRSƏ...
-
16-04-2026, 22:50
İran bu savaşdan nə qazandı? – Müharibənin davam etməsini istəyən QÜVVƏLƏR
-
16-04-2026, 21:57
"Azərbaycanla Ermənistan arasında ticarətin birdən-birə bərpasını gözləmək düzgün deyil, lakin..." - TƏHLİL
-
16-04-2026, 21:31
Rusiyanın Odessaya hücumlarında 9 nəfər ölüb, 23 nəfər xəsarət alıb
-
16-04-2026, 21:27
Elmar Vəliyevin kadrları Gəncədə yeni qarşıdurma riski yaradıb - NARAZILIQ VAR...
-
16-04-2026, 21:25
İTM daha bir milyonluq tenderə hazırlaşır: Bu dəfə kim udacaq?
-
16-04-2026, 18:07
"Mahal MTK"dan şikayət: Çıxarış və lift yox, mansartda qanunsuz mənzillər (VİDEO)