Tacir: “Mənə “Əməkdar artist” deyil, birbaşa “Xalq artisti” fəxri adı verilməlidir”




Müğənni Tacir Şahmalıoğlu Prezident İlham Əliyevə müraciət edib.
 
Pravda.az-ın xəbərinə görə, T.Şahmalıoğlu müraciətində deyib.
 
O, dövlət başçısından fəxri ad verməsini xahiş edib: “Hamı mənim haqqında müsbət danışır. Deyirlər ki, o günü gözləyirik, sənə fəxri ad verilsin. Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya səslənirəm, xahiş edirəm, məni dinləsinlər, səsimə səs versinlər. Qohum-əqrabamın yanında sınıram. Mənə deyirlər ki, sənə niyə fəxri ad vermirlər? Demişəm ki, səbrli olun, hər şeyin vaxtı var. Vaxt indidir, adım layiqincə  verilməlidir. İmkan varsa, Ali Baş Komandan mənim 1-2 dəqiqəlik görüş keçirsin, deyəcəyim çox şey var. Mən istəmirəm ki, öləndən sonra “Əməkdar artist”, “Xalq artisti” adı versinlər. Mənə 30 il öncədən “Əməkdar artist” adı verilməli idi. Birbaşa “Xalq artisti” fəxri adı verilməlidir. 30 ildir, Bakıda yaşayıram. Dövlətdən nə maşın, nə də ev istədim, hamısını öz zəhmətimlə əldə etdim. Xalqımdan çox razıyam, həmişə məni qiymətləndiriblər. Mənim qiymətimi elə xalq verməlidir? Axı mənim dövlətim də var... Dövlətimlə qürur duyuram. Azərbaycanda yol qoymuşam. Gələcək nəsillər mənim qoyduğum yoldan çox istifadə edəcəklər. Halal xoşları olsun. Mən qiymətimi almaq istəyirəm, buna haqqım çatır. Çünki can qoymuşam, ömrümü musiqiyə həsr etmişəm”.
Tarix: 9-01-2021, 12:09
Xəbəri paylaş



Xəbər lenti