“Cəmiyyət özünə güvənən, özünə əmin olan, düşünən, yaltaqlanmadan sözünü deyən düzə-düz, əyriyə-əyri qadınlardan niyə qorxur? Niyə onları susdurmaq, gözdən salmaq istəyir? Baxırsınız ki, şəxsi problemlərimlə gündəmə gəlmirəm, açıq-saçıq, yəni fikirlərim kimi geyimimdə də rahatam uyğunlaşdıra bilmirsiniz belə bir obrazı beyninizdə. Nəyi həzm edə bilmirsiniz? İnsan məşhurdur, ehtiyacı yoxdur, müasirdir deyə vətəni, milləti sevə bilməz?”
Pravda.az-ın xəbərinə görə, bunu müğənni Nura Suri deyib.
“Yalnız məşhurlaşmaq üçün guya insanların qayğısına qalan boşboğaz, dırnaqarası blogerlərdən qəbul edirsiz yalan doğruları? Müğənnilərə baxıb məşhurlaşmaq istəyi sizdə olan paxıllıq hissi, onlara qarşı aqressiya yaradır və natamamlıq kompleksi sizi bənzəmək istədiyiniz insanları ilk növbədə öz gözünüzdə sonra isə başqalarının gözündə alçaltmağa vadar edir?
Öz səviyyənizə endirmək istəyirsiniz, çünki onların səviyyəsinə qalxa bilmirsiniz?!
İnsanları narahat edən məsələlərə biganə qalmayan insanlarda niyə səhv axtarırsınız?!
Heç bir siyasi, maddi və ya başqa bir məqsədim yoxdur. Xasiyyətim belədir. Belə doğulmuşam. Dərk edin bunu. Fərqliliyim sizi narahat etməsin.
Əxlaqı olan insan başqalarının əxlaqından danışmır. Qeybət, şər və böhtan əxlaqsızlığın ən yekəsidir” – N.Suri qeyd edib.
Tarix: 6-01-2021, 21:22