"Ay xanım müğənnilər, dar hərbi şalvarı hara geyinirsiniz?"




“Bu müğənniciklərə kimsə desin də əsgər formasını əyninizə geyinib efirə çıxmayın! Bir az hörmətiniz olsun”.

Pravda.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Lalə Mustafayeva sosial şəbəkə hesabında yazıb.

Teleaparıcı sənət adamlarının hərbi forma geyinməsini sərt şəkildə qınayıb:

 “Oğullar can qoyub o formalarda. Xüsusilə ay xanım müğənnilər, dar hərbi şalvarı hara geyinirsiniz? Bir az abrınız olsun! Kimsə məni qınamasın. Amma həqiqətən baxanda iyrənirəm və utanıram! Həm qadın həm kişilər, etməyin bunu! Şəhidlərdən utanın!”

İzləyiciləri onun müğənni Şəbnəm Tovuzlunun bostanına daş atdığını yazsalar da, aparıcı bu sözlərin forma geyinən hər bir müğənniyə aid olduğunu bildirib. 
Tarix: 2-01-2021, 14:29
Xəbəri paylaş



Xəbər lenti