Rejissor, aktyor Kənan Mahmudov Türkiyədə çəkildiyi serialdakı rolunun səhnələrini özünün çəkdiyini açıqlayıb. Sənətçi “Savaşçı” serialının Azərbaycan versiyasını çəkəcəyini, türklərin bu işdə ona sponsorluq etdiyini bildirib:
"Sadəcə, özüm elə belə deyirəm, ya da kiməsə söz soxuram "Savaşcı" serialında öz səhnələrimi özüm çəkirdim. Bir də gözünüz aydın, mənim Azərbaycanda çəkmək istədiyim "Savaşcı Azərbaycan" filmini türk qardaşlar türk aktyorları ilə (mən daxil) çəkmək istəyirlər. Bizim hacılar isə model qızlara maşın alıb, ev tikdirsinlər. Adam bilmir sevinsin ya ölüb yerə girsin".
Tarix: 5-12-2020, 20:22