"Show TV"nin xəbərlər proqramının aparıcısı Ece Üner ilə aktrisa Dəniz Çakırın arasında yaşanan qalmaqala azərbaycanlı müğənni Aysel Əlizadə də münasibət bildirib.
Musavat.com xəbər verir ki, Aysel Kardaşyanın tərəfini tutan aktrisanın ünvanına sosial şəbəkədə sərt sözlər yazıb:
“Biz bir millət, iki dövlətik. Dinini, irqini, qardaşlığını kimsə itiribsə, heyf ona. Tarixdən anlayışı, təhsili olmayan, Bakıya film qalasına gələndə “Qardaş ölkəyik” deyib, alqışlarla, izdihamla qarşılanan, hörmətlə yola salınan, öz ölkəsinin qadınlarını belə müdafiə etməyən, erməni tərbiyəsizi üçün deyilən sözləri bəyənməyib. Biz burada şəhid veririk. “Başın sağ olsun, qardaşlarım” deməkdənsə, ermənini müdafiə edir, ayıb olsun”.
Qeyd edək ki, Üner Türkiyə və Azərbaycan haqqında qalmaqallı sözlər yazan erməni əsilli məşhur realiti-şou ulduzu Kim Kardaşyan haqqında,- "Kardaşyanın kameralara göstərməyə öyrəşdiyi bir amilinin olduğunu hamımız bilirik. Bu sözləri yazarkən də həmin amilini əsas götürüb, görəsən?",-
sözlərini yazmışdı.Aktrisa Dəniz Çakır isə Ünerin fikirlərini tənqid etmişdi. Aktrisa sosial şəbəkədə Ecenin ünvanına,- "Bu nədir... Necə bir avam yanaşmadır. Bu üsulla "Ana haber" aparır",-s
özlərini qeyd etmişdi.
Onun bu reaksiyası Türkiyənin bir çox sənət adamları tərəfindən də sərt reaksiya ilə qarşılanıb.
Tarix: 30-09-2020, 15:36