"Kafe və restoranlar saat 12:00-a kimi işləyir və Könül xanım da ad günündə iştirak edib"






“Könül xanım ad günü məclisində iştirak edib...”-Müğənninin köməkçisi...

Xəbər verdiyimiz kimi Əməkdar artist Könül Kərimovanın karantin qaydalarını pozmasıyla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Əyləncə məclisində iştirak edən müğənninin qonaqlarla birlikdə rəqs etdiyi bildirilir.

Moderator.az-ın əməkdaşı məsələyə münasibət öyrənmək üçün K.Kərimovayla əlaqə saxlayıb və telefona müğənninin meneceri cavab verib. Elvin bəy müğənninin karantin qaydalarını pozmadığını bildirib:

“Qardaş, orda heç bir karantin qaydaları pozulmayıb. Kafe və restoranlar saat 12:00-a kimi işləyir və Könül xanım da ad günündə iştirak edib. Könül xanım karantinin sərt rejimində orda iştirak etməyib. Hər yer açıqdı, işləyir. Ümumi götürsək, məclisdə heç 15 nəfər adam yox idi. Burda elə bir problem yoxdur, dövlətimiz buna icazə verib”.
Tarix: 17-09-2020, 23:31
Xəbəri paylaş



Xəbər lenti