"Bilmək istəyirsinizsə, bu mahnının adı da, sözü də Ağadadaşdır..."






Bu günlərdə Feysbukda Xalq artisti Ağadadaş Ağayevin repertuarında olan “Sevirəm de” (“Könlüm qəmi neylər”) mahnısının 1979-cu ildə fars dilində oxunmasına aid olan videogörüntülər yayılıb və müzakirəyə səbəb olub.

Məsələ ilə bağlı mahnını ifaçısı, Xalq artisti Ağadadaş Ağayevlə əlaqə saxlamışıq. O, mahnı ətrafında gəzən söz-söhbətə aydınlıq gətirib:

“Vaxtilə müəllif hüquqlarında qeyd etdirməmişəm. Bu mənim günahımdır. O mahnıdan sonra yüz mahnı oxumuşam, heç biri ilə də maraqlanmayıblar. Mahnının mənə məxsus olması haqqında rəsmi sənədlər var. Bu mahnını bu yaxınlarda 20 yaşlı bir erməni qızı da ifa etdi. Jurnalist mənə sual verir ki, mahnı onlarındır, yoxsa sizin? Mən 40 il bundan əvvəl ifa etmişəm. Bu mahnı mənim pasportumdur. Pasport müzakirə olunmur. Bilmək istəyirsinizsə, bu mahnının adı da yoxdur, sözü də yoxdur, adı da, sözü də Ağadadaşdır. Vəssalam!”.

Xatırladaq ki, Xalq artisti Ağadadaş Ağayev sözügedən mahnını 1981-ci ildə ifa edib. Bəzi internet resurslarında bu mahnının sözlərinin (farsca) və musiqisinin cənubi azərbaycanlı bəstəkar Babək Radmənəşə aid olduğu yazılır. Babək Radmənəş dünya şöhrətli müğənni Sami Yusifin atasıdır. Azərbaycanla bağlı mənbələrdə isə mahnının bəstəkarı göstərilmir, sözlərin müəllifi kimi isə Ağasəfa Yəhyayevin adı qeyd olunur. (kulis.az)
Tarix: 1-09-2020, 13:52
Xəbəri paylaş



Xəbər lenti